“Son ilyarımda Ermənistanda 18 mindən artıq kiçik və orta müəssisə bağlanıb”
Tarix: 17.09.2015 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


“Sahibkarlar çətin vəziyyətdədir, onlara “rahat nəfəs almaq üçün heç bir sfera qalmayıb”, kiçik biznes məhv olur”
Ermənistanın beynəlxalq maliyyə təşkilatları və kreditorlar ilə bağlı xarici öhdəlikləri sentyabrın əvvəlində 4 milyard. dolları ötüb. Ermənistanın “Ayoç Aşxar” nəşri yazır ki, ölkənin xarici borcu ilin əvvəli ilə müqayisədə 283 milyon dollar artaraq 4 milard 68 milyon dollar təşkil edib. Lakin bu da bunların hamısı deyil.
Artıq kreditorlarla bir neçə yüz milyon dollar kredit cəlb edəcək yeni kredit müqavilələri imzalanıb. Buraya Rusiyanın silah alınması üçün ayırdığı 200 milyon dolları da əlavə etmək lazımdır. Bu kreditdən istifadə edilməyə hələ başlanmayıb və bu, AES-in yenidən qurulması üçün ayrılan 270 milyon dollarda olduğu kimi borc göstəricilərində də qeyd edilməyib. Qeyd edilməlidir ki, Avrasiya İqtisadi Komissiyası Ermənistan iqtisadiyyatı üçün pessimist proqnozlar təqdim edib. Komissiyanın internet saytında yer alan proqnozlara əsasən, bu il Ermənistanın iqtisadi artımı cəmi 0,9% təşkil edəcək. Amma Ermənistan hökuməti 4,1%- lik artımdan bəhs edir. Yeri gəlmişkən, Komissiya belə pessimist proqnozları təkcə Ermənistan üçün deyil, Avrasiya İqtisadi Birliyinə daxil olan başqa ölkələrə də şamil edib. Xatırladaq ki, bundan bir qədər əvvəl Ümumdünya Bankı da Ermənistan iqtisadiyatı barədə tutqun proqnozlar dərc etmişdi. Bəlkə də elə bunun təzahürüdür ki, son zamanlar Ermənistanda fəaliyyət göstərən kiçik və orta müəssisələr əlverişsiz bir vəziyyətlə üzləşiblər. Ölkədəki kiçik və orta müəssisələr bir-birinin ardınca bağlanmaqdadır. Ermənistan İşəgötürənlər Birliyinin sədri Qagik Makaryanın sözlərinə görə, son ilyarım ərzində Ermənistanda 18 mindən artıq kiçik və orta müəssisə aşağı ödəmə qabiliyyətinə, rəqabətə görə bağlanıb. Belə görünür ki, hazırda fəaliyyətdə olan kiçik və orta müəssisələrin yarıdan çoxu 3-4 ilə bağlanacaq. Makaryana görə, hakimiyyətin vergilərin azaldılmasısı istiqamətində hazırladığı proqram da yaranmış vəziyyətdən çıxış yolu deyil. Belə ki, müəssisələrin bağlanması bu gün də davam etməkdədir. "Kiçik sahibkarlar birliyi"nin nümayəndəsi Stepan Aslanyan “Birinci informasiya”saytının əməkdaşı ilə söhbətində vəziyyətin həddən artıq çətin olduğunu bildirib. Sahibkarların çətin vəziyyətdə olduğunu deyən Aslanyan bildirib ki, rahat nəfəs almaq üçün heç bir sfera qalmayıb: “Mən başa düşə bilmirəm, dövlət bunları bilə-bilə edir, yoxsa təsadüfən. Amma fakt odur ki, kiçik biznes məhv olur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info