“Le Huffington Post”: “Qaçqınlara göstərilən qayğıya görə Azərbaycan nümunəvi ölkədir”
Tarix: 17.09.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


“Avropalı siyasi xadimlərin Qarabağ münaqişəsinin qarşısını almaq əvəzinə sadəcə “reaksiyalarla” kifayətlənmələri onun yenidən intensivləşməsinə və gələcəkdə Cənubi Qafqazda stabilliyi pozmaq təhlükəsinə aparır”
“Le Huffington Post” qəzetində Avropada Təhlükəsizlik və İnkişaf İnstitutunun (İPSE) tədqiqatçısı, MEVA qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun “İdarə etmək gələcəyi görməkdir: Cənubi Qafqazda növbəti müharibənin qarşısını necə almaq olar?” adlı məqaləsi dərc olunub.
Müəllif məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək yazır ki, 20 ildən artıqdır davam edən bu münaqişə nəticəsində qaçqın və məcburi köçkünlərin yaşadığı faciə Avropa mətbuatında çox az işıqlandırılıb.
Bildirilir ki, avropalı siyasi xadimlərin bu münaqişənin qarşısını almaq əvəzinə sadəcə “reaksiyalarla” kifayətlənmələri onun yenidən intensivləşməsinə və gələcəkdə Cənubi Qafqazda stabilliyi pozmaq təhlükəsinə aparır.
Müəllif Dağlıq Qarabağ münaqişəsinin mənbəyinə toxunaraq bu torpaqların Azərbaycanın qanuni ərazisi olduğunu, Ermənistan tərəfindən anneksiya olunduğunu və bir milyon azərbaycanlının doğma torpaqlarından didərgin düşdüyünü vurğulayır. Məqalədə Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımından bəhs edilərək Dağlıq Qarabağın BMT tərəfindən Azərbaycan ərazisi kimi tanındığı vurğulanır.
Azərbaycana səfərləri zamanı qaçqın düşərgələrində, eləcə də QHT-lərlə görüşlərindən bəhs edən Patrisiya Lalond Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaraların nə dərəcədə ağrılı olmasının şahid olduğunu, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqlarını bildirir. Eyni zamanda, müəllif dövlətin qaçqın və məcburi köçkünlərlə bağlı düzgün siyasətini diqqətə çatdırır. Münaqişənin əsas qurbanlarının ərlərini, qardaşlarını və oğullarını qanlı döyüşlərdə itirən qadınlar olduğu göstərilir. İtkin düşən insanların siyahısının tərtib olunduğu bildirilir. Hökumətin qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiya siyasətinin müvəffəqiyyətli olduğu diqqətə çatdırılır. Qaçqın və məcburi köçkünlərlə bağlı siyasətinə və onlara göstərilən qayğıya görə Azərbaycanın nümunəvi ölkə olduğu vurğulanır.
Sonda müəllif Avropada sığınacaq axtaran qaçqın dalğasının elektroşokunun avropalı siyasətçilərə münaqişələrə və qaçqın faciələrinə son qoymaq üçün daha yaxşı diplomatiya aparmaq lazım olduğunu dərk etməyə imkan verəcəyinə ümid etdiyini bildirir.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub
16.02.2019
Suriyadan olan 395 qaçqın ötən il Rusiya vətəndaşlığı alıb
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info