Bakı-Sumqayıt marşrutunda gediş haqqı qonşu ölkələrlə müqayisədə xeyli ucuzdur
Tarix: 17.09.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Bakı-Sumqayıt marşrutunda gediş haqqı qonşu ölkələrin dəmir yolunda müvafiq tarif qiymətləri ilə müqayisədə xeyli ucuzdur. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyindən verilən məlumatda bildirilir.
Sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər bu il sentyabrın 15-dən qüvvəyə minib.
Tarif Şurasının qərarı olduqca ədalətlidir. Çünki təyin olunan qiymətlər qonşu ölkələrin müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur.
Məsələn, Rusiya Federasiyasında fəaliyyət göstərən “Aeroekspress”də 45 km-lik məsafədə gediş haqqı 6, 30 AZN, Estoniyada şəhərətrafı elektrik qatarlarında 35,9 km-lik məsafədə gediş haqqı 3, 35 AZN, Ukrayna Respublikasında şəhərətrafı elektrik qatarlarında 37 km-lik məsafədə gediş haqqı 2, 90 AZN, Özbəkistan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 2, 50 AZN, Türkiyə Respublikasında 46 km-lik məsafədə gediş haqqı 5, 20 AZN, Qazaxıstan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 6, 10 AZN təşkil edir
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info