Vergilər Nazirliyində beynəlxalq təcrübədən istifadəyə xüsusi diqqət yetirilir
Tarix: 17.09.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyinin İnsan Resursları İdarəsi və Tədris Metodiki Şura tərəfindən təhsil və təlim prosesinə ciddi nəzarət olunur. Bu sistemə nazirliyin aparatı, Bakı şəhərindəki və regionlardakı departamentləri, ərazi vergilər idarələri və rayon vergilər şöbələri daxildir.Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, təlim formaları əyani və distant olmaqla qurulub. Şurada tədris və təlim sahəsində beynəlxalq təcrübənin istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirilir, IOTA-ya daxil olan ölkələrin vergi orqanları üçün nəzərdə tutulan təcrübələrin öyrənilməsi üçün mütəmadi iş aparılır.
Son 5 ildə bu sahədə mühüm nəticələr əldə olunub. Belə ki, 2010-cu ildə ilkin hazırlıq, ixtisasartırma və təlim proseslərinə cəlb edilmiş dinləyicilərin sayı 482 nəfər olub. Sonrakı illərdə bu rəqəm artaraq 707 nəfərə çatıb. 2013-cü ildə bu göstərici 1200 nəfəri ötüb, 2014-cü ildə isə dinləyicilərin sayı 1593 nəfər təşkil edib. Cari ilin birinci yarısında isə dinləmələrdə 686 nəfər iştirak edib.
Bununla yanaşı, son illər dərs yükünün çəkisi Vergilər Nazirliyinin birbaşa öz strukturları ilə nisbətdə Tədris Mərkəzinin xeyrinə dəyişib. 2015-ci ilin 6 ayının göstəricilərinə əsasən, bu prosesdə nazirliyin payı 17,4 faiz, Tədris Mərkəzinin payı isə 82,6 faiz olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info