TUMİB Müşfiqabadda dini radikalizmə qarşı növbəti tədbirini keçirib
Tarix: 17.09.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMIB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhərinin kəndlərində “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin təbliği” adlı yeni layihənin icrasına davam edib. Bu çərçivədə Müşfiqabad qəsəbəsində tədbir keçirilmişdir. Tədbirin məqsədi həyata keçirilən layihə haqqında iştirakçılara məlumat vermək, multikulturalizmi, tolerantlığı təbliğ etmək, dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərləri, bu istiqamətdə Azərbaycan Respublikasının qanunları haqqında məlumat vermək, gəncləri zərərli xarici ideologiyaların təsirindən qorumağa çalışmaq və dini dözümlülüyə sahib tolerant gənclərin yetişməsinə nail olmaqdır.
Tədbiri açıq elan edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsinin müavini Şikar Həsənalıyev iştirakçıları salamlayaraq tədbirin qısa mahiyyəti haqqında məlumat verib və sözü TUMİB sədri Çingiz Bayramova verib. Natiq Azərbaycanda din siyasəti, zərərli xarici təriqətlərə qarşı ideoloji mübarizə və milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs edib. O, ulu öndər Heydər Əliyevin “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb. Natiq bildirib ki, Mübariz Qurbanlının rəhbərliyi altında DQİDK dini radikalizmə qarşı səmərəli fəaliyyət göstərir. Ç.Bayramov Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi milli ziyalıların təbliğinin Azərbaycanda tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu bildirib. Natiq Bakı kəndlərinin Azərbaycanda dini mədəniyyətin formalaşmasındakı əhəmiyyətini də qeyd edib.
Ç.Bayramovdan sonra çıxış edən DQİDK-nin Bakı şəhəri şöbəsinin müdir müavini Ceyhun Əliyev Azərbaycan hökumətinin tolerantlıq və dini dözümlülük siyasəti, DQİDK-nin dini radikalizmə qarşı gördüyü tədbirlər haqqında məlumat verdi və gəncləri milli dövlətçilik ənənəsinə sadiq olmağa dəvət edib.
Daha sonra söz tarix üzrə fəlsəfə doktoru Mahir Qəribova verilib. Natiq milli-mənəvi dəyərlərin təbliğində gənclərə böyük rol düşdüyünü qeyd edib. O, gəncləri tarixi dərindən öyrənməyə, milli qəhrəmanlarımızı təbliğ etməyə və milli ideologiyaya sadiq olmağa dəvət edib.
Ondan sonra söz TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadova verilib. Natiq tarix boyu Azərbaycanda müxtəlif etiqad mənsublarının birlikdə mehriban yaşama ənənəsi, din-dövlət münasibətləri haqqında məlumat verərək dinin təbliğində zərərli xarici sektaların təsirindən qorunmaq üçün Seyid Yəhya Şirvani, Mir Məhəmməd Kərim əl-Bakuvi kimi milli din xadimlərinin maarifləndirici əsərlərinin təbliğinin vacibliyindən danışıb.
Ə.Fərhadovdan sonra söz yerli dini icmanın sədri İrşad Süleymanova verilib. Natiq qəsəbədəki dini vəziyyət haqqında məlumat verərək, radikal dini cərəyanlara qarşı qəsəbədə ciddi mübarizə aparıldığını, yerli sakinlərin Azərbaycan hökumətinin din siyasətindən razı olduğunu bildirdi və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
İ.Süleymanovdan sonra TUMİB-in Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə çıxış edərək bayrağımızdakı dəyərlərin gənclər tərəfindən mənimsənilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və aktiv iştirakçılara diplomlar verilib.






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info