Pan Gi Mun: “60 milyondan çox insan öz evlərini tərk edib”
Tarix: 17.09.2015 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


“Siyasi iradə və resursları səfərbər edərək biz gələcəyi yenidən qura və böhranların qarşısını ala bilərik”. BMT-nin saytında yer alan xəbərə görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Baş Assambleyanın yubiley sessiyasına həsr olunmuş mətbuat konfransında bəyan edib. O, qlobal istiləşmənin nəticələri, müasir münaqişələrin aradan qaldırılması, sayı 60 mini ötən məcburi köçkünlərin müdafiəsinin təmin edilməsi məsələləri ilə bağlı narahatlığını ifadə edib: “Bu il Baş Assambleyanın sessiyası ciddi iğtişaşlar, lakin yeni ümidlər dövründə işinə başlayır”.
Baş katib qeyd edib ki, bu iğtişaşlar münaqişələrin sayını artması ilə birbaşa bağlıdır və qurbanlar da əsasən mülki vətəndaşlardan ibarətdir. Pan Gi Munçoxlu sayda dövlət və hökumət başçılarının sessiyaya qatılacağı və dünyada baş verənlərlə bağlı davamlı inkişaf sahəsində yeni istiqamətlər müəyyənləşdiriləcəyi üçün sessiyadan gözləntilərin çox olduğunu deyib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində keçiriləcək yüksək səviyyəli tədbirlər onun 25 sentyabra planlaşdırılan Roma papası ilə görüşündən sonra başlayacaq.
Baş katib Vatikanın qlobal istiləşmə ilə bağlı vacib rolunu qeyd edib və dekabrda Parisdə keçiriləcək iqlim dəyişikliyi ilə bağlı konfrans barədə məlumat verib. Enerji mənbələrinin inkişafı ilə bağlı yeni təşəbbüsləri dəstəklədiyini bildirən P. G. Mun Suriya, Yəmən, Liviya, Cənubi Sudanda olan həll edilməmiş münaqişələrə də toxunub. O qeyd edib ki, hazırda dünyada 100 milyondan çox insanın humanitar yardıma ehtiyacı var: “Sərt münaqişələr, dövlət idarəçiliklərində çatışmazlıqlar, iqtisadi məhdudiyyətlər və digər faktorlar II Dünya müharibəsindən bəri görmədiyimiz şəkildə əhalinin məcburi yerdəyişməsinə səbəb olub. 60 milyondan çox insan öz evlərini tərk edib”.
BMT rəhbəri Türkiyə, İordaniya, Almaniya, İsveç, Avstriya hökumətlərinə Suriyaqaçqınlarına sığınacaq verdikləri üçün təşəkkür edib.
Baş katib BMT-nin sülhyaratma missiyasının gücləndiriləcəyini də bildirib. 70-ci sessiya çərçivəsində ABŞ, Rusiya və Ukrayna prezidentləri ilə ikitərəfli görüşlər keçiriləcəyini vurğulayan Pan Gi Mun, ümumilikdə dövlət və hökumət başçıları ilə 100 ikitərəfli görüşün nəzərdə tutulduğunu söyləyib: “Bu, dünya liderləri üçün mövcud problemləri müzakirə etmək və müəyyən qərarlara gəlməklə bağlı ən uyğun zaman və platformadır”.
Rusiyanın Suriya hökumətinə hərbi yardımı ilə bağlı suala cavabında isə P. G. Mun münaqişənin hərbi yolla tənzimlənməsinin gələcəyini olmadığını deyib: “Suriyaya silah göndərilməsi məni narahat edir. Bu, yalnız vəziyyətin kəskinləşməsinə gətirib çıxara bilər. Mən yenə də bütün tərəfləri, əsasən də BMTTŞ-nın üzvlərini, həmrəylik nümayiş etdirməyə çağırıram”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info