“4000-dən çox sahibkara 141 milyon manatdan çox güzəştli kredit verilib”
Tarix: 17.09.2015 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Şirzad Abdullayev: “Reallaşdırılan layihələr 8800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir”

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Göygöl rayonunun Qızılca kəndində keçirilib.
Forumda iştirak edən 130-dan çox sahibkara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlara güzəştli kreditlər verilib. Həmçinin, forumda Göygöl rayonunda cins heyvandarlıq, üzümçülük, arıçılıq təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması, çörək, pendir və keramika məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilib.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2015-ci ilin ötən dövrü ərzində 4000-dən çox sahibkara 141 milyon manatdan çox güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini diqqətə çatdırıb.
Ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5540-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 199,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, çörək, tikinti materialları, süfrə suları istehsalı, meyvə-tərəvəz, süd emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 24 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Forum çərçivəsində Göygöl və ətraf rayonlardan olan 61 sahibkara 805 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, quşçuluq, üzümçülük, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Forum çərçivəsində Göygöldə dövlətin güzəştli kreditlərindən istifadə edilməklə yaradılan fermer təsərrüfatlarına baxış keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info