“Uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir”
Tarix: 17.09.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Son zamanlar dünyada və bölgədə baş verən siyasi proseslər Azərbaycanın region üçün olduqca vacib geosiyasi əhəmiyyət daşıdığının önəmini ortaya qoyur. “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun sözlərinə görə Avropa Parlamentinin bir çox məsələlərlə bağlı “narahatçılığı” bəzi gözləntilərinin reallaşmamasından qaynaqlanır.
QHT sədri bəyan edir ki, demokratiya daim inkişafda olan siyasi bir prosesdir. Bir mərhələdən digər mərhələyə təkmilləşmə yolu keçməli olan bu proses millətlərin siyasi hədəflərinə çatması üçün inqilabi yox, təkamül yolu ilə irəliləməlidir: “1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi-demokratik respublika təsis edən Azərbaycan xalqı bir çox Avropa ölkələrini qabaqlayaraq qadınlara seçib- seçilmək hüququ verən ilk demokratik dövlətlərdən biri olaraq tarixə düşüb. Vaxtilə ümummilli lider Heydər Əliyev dönə-dönə vurğulayırdı ki,“Bizim yolumuz demokratiya yoludur, biz demokratiya yolundan dönməməliyik.”
Bəli, biz o arzulanan demokratiya yolu ilə indi də addımlayırıq. Lakin Qərbdən olan gözləntilərimiz özünü doğrultmadı. Dünyanın başqa regionlarında separatizmə qarşı çıxış edən Avropa Dağlıq Qarabağ separatçılarına dəstək vermək siyasətini yürütdü.
Avropa Parlamentinin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki roluna da toxunan Ceyhun Ələkbərov sözügedən məsələdə ölkəmizə qarşı illərdir tətbiq edilən ikili standartlardan bəhs etdi: “Avropa bu gün hər şəraitə sahib olduğu halda, Yaxın Şərq və digər qaynar bölgələrdən didərgin düşən qaçqınların yerləşdirilməsi istiqamətində yekdil qərara gələ bilmir. Analoji vəziyyəti 20 il öncə Azərbaycan da yaşamışdı, ermənilər tərəfindən işğal edilən torpaqlarımızdan didərgin düşən bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün həyat şəraitinin yaxşılaşması istiqamətində dövlətimiz heç bir demokratik qurumun dəstəyi olmadan əlindən gələni etdi. İndi Avropa ölkələri bu məsələdə Azərbaycanın təcrübəsindən yararlana bilər, amma təəssüf ki, demokratiyadan başqa dövlətlərə dərs keçən Avropa bu qərarsızlığı ilə elementar insan haqlarını pozmuş olur. Avropanın Azərbaycanla da bağlı obyektiv qərara gələ bilməməsi demokratiya anlayışlarını şübhə altında qoyur. Çünki bizimlə bağlı bütün məsələlərin özülündə heç şübhəsiz ki, erməni lobbisi faktoru dayanır. Çünki Avropa Parlamenti bu günə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni lobbisnin tələblərinin deyil, beynəlxalq hüquq normalarının əsas götürüldüyü bir qətnamə belə qəbul etməyib. Hadisələrə belə ikili yanaşma Avropanın indiyə qədər əsas götürdüyünü iddia etdiyi dəyərlərinə sahib çıxmadığını göstərir. Təsadüfi deyil ki, onların qeyri-demokratik mövqeyini bir neçə gün əvvəl Prezident İlham Əliyev də sərt tənqid etdi:” Bu gün Avropa məkanında yaşanan böhran mənəvi böhrandır, mənəvi sarsıntıdır. Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür, biz bunu görmürük. Ona görə, bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi ölkələr və dairələr iç üzlərini açırlar, daha pərdələnə bilmirlər. Ona görə, biz buna hazır olmalıyıq”.

“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri vurğuladı ki, bu proses Avropa dairələrinin ölkəmizdən bəzi gözləntilərinin reallaşmamasının nəticəsidir. Onların gözləntilərinə görə, dövlətimiz xarici dairələrin diqtəsi ilə hərəkət etməlidir. Amma bu gözləntinin əksinə olaraq Azərbaycan milli maraqlarına zidd olan heç bir addım atmır: “Şərqlə Qərb arasında keçid rolunu oynayan Azərbaycan istəsə də, istəməsə də yeni dünya düzəninə qarışır. Bu gün Avropa ilə Asiyanın qızıl körpüsü hesab olunan Azərbaycan dünya siyasətini müəyyənləşdirən dövlətlər üçün həyati əhəmiyyətli geosiyasi məkandır. Bu geosiyasi məkana rəhbərlik edənlər də dövlətin müstəqilliyini hər şeydən üstün tuturlar. Çünki Prezident demişkən, bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info