Xəzər Mərkəzi üçün 100 milyon manatlıq elmi-tədqiqat gəmisinin alınması təklif edilib
Tarix: 17.09.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


“Hazırda Xəzərdə elmi-tədqiqatlar aparmaq üçün lazım olan gəminin qiyməti bu gün 100 milyon manatdır”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H. Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib. R. Məmmədov deyib ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Xəzər Mərkəzi yaradılması barədə sərəncam verib: “Biz də Xəzər Mərkəzinin Əsasnamə layihəsini hazırlayaraq təqdim etmişik. Hazırda bunun nəticəsini gözləyirik. Biz Xəzər Mərkəzinin beynəlxalq bir mərkəz olmasını istəyirik. Xəzər Mərkəzinin Əsasnaməsini yazarkən ilk növbədə elmi-tədqiqat gəmisinin vacibliyini qeyd etmişəm, çünki Xəzər dənizini elmi-tədqiqat gəmisi olmadan öyrənmək olmaz. Hələ Xəzər Mərkəzinin Əsasnaməsinin təsdiqlənməsi və həmin Əsasnamə əsasında yaradılması barədə sərəncam verilməyib”. Xəzər Mərkəzinin ayrıca bir qurum kimi yaradılacağını açıqlayan R. Məmmədov Xəzər Mərkəzi yaradıldıqdan sonra Coğrafiya İnstitutunda çalışan xəzərşünasların həmin Mərkəzə keçəcəklərini nəzərə çatdırıb. R. Məmmədov onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elm Fondu keçən il AMEA Coğrafiya İnstitutuna avadanlıq almaq üçün 850 min manat qrant verib və bu qrant əsasında Coğrafiya İnstitutunun ölçmə texnika bazası yenilənir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info