Ali təhsil ocağında Milli Musiqi Günü qeyd olunub
Tarix: 17.09.2015 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündəndir ki, hər il Naxçıvan Dövlət Universitetində keçirilən Milli Musiqi Günü artıq ənənə halını alıb.
Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov həmin günün tarixindən danışaraq qeyd edib ki, musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılan Üzeyir Hacıbəyovun doğum günü 1995-ci ildə dahi rəhbər, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Milli Musiqi Günü kimi təsis olunub. Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən, ölməz əsərlər müəllifi olan Üzeyir Hacıbəyov irsinin qorunmasını vacib sayan rektor, bundan sonra gələcək nəsillərin də dahi bəstəkarın ruhunu həmişə yad edəcəklərinə və onun əsərlərini yaşadacaqlarına ümid etdiyini bildirib.
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar, universitetin müəllimi Şəmsəddin Qasımov "Üzeyir Hacıbəyov Azərbaycan xalqının dahi bəstəkarıdır" adlı məruzəsində vurğulayıb ki, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoyub. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Qeyd olunub ki, Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı - bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Natiq vurğulayıb ki, bəstəkarın bədii irsindən “Sənsiz”, “Sevgili Canan” romansları, “Koroğlu” operası, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Əsli və Kərəm” və s. musiqili komediyaları incəsənət tarixində unudulmayan əsərlərdir.
Tədbirin bədii hissəsində musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun "Çahargah" muğamı, universitetin İncəsənət fakültəsinin tələbəsi İlkin Abdullayevin ifasında "Arşın mal alan" operettasından Əsgərin ariyası, həmçinin "Arşın mal alan" operettasından həmin fakültənin tələbələri Bəsti Qasımova və İlkin Abdullayevin ifasında “Əsgər və Gülçöhrənin dueti”, sözün əsil mənasında şedevr sayılan "Koroğlu" operasından “Qızların xoru” və digər əsərlər səslənib.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info