Bakıda sahibkarın kustar üsulla metal məhsulları istehsal etdiyi aşkarlanıb
Tarix: 17.09.2015 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus qeyri-qanuni fəaliyyət göstərən müəssisədə polad zolaqların və polad dördkünclərin istehsal olunduğunu müəyyən edib. Qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan Atılxanov Azərə məxsus müəssisədə metal məhsullarının istehsalı üçün standartın tələblərinə uyğun heç bir şəraitin olmadığı müəyyən olunub. Müəssisə metal tullantılarından polad zolaqların və polad dördkünclərin istehsalı üçün texnoloji reqlamentlə təmin edilməyib, məhsullarda poladın markası təyin olunmur, kimyəvi tərkibli poladın standartın tələblərinə uyğunluğu, həmçinin dartılma zamanı mexaniki xassələri (müvəqqəti müqavimət, axma həddi, nisbi uzanma), soyuq halda əyilməsi yoxlanılmır. Müəssisədə bunun üçün tələb olunan şərait mövcud deyil.
Müəssisəyə baxış zamanı kustar üsulla istehsal olunmuş 4 ton istiyayılmış polad dördkünc, 1 ton istiyayılmış polad zolaq müəyyən edilib. Qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə Atılxanov Azər Rəşxan oğluna məxsus müəssisə barəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, həmçinin sexdə istismar edilən qızdırıcı sobanın və metal yayma xəttinin texniki təhlükəsizlik standartlarına, normalarına, qaydalarına və texniki sənədlərə uyğun olmasını təsdiq edən sənədləri olmadığına görə Fövqəladə Hallar Nazirliyinə rəsmi məlumat verilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info