Cari ildə keçirilən imtahanlarda 600 mindən artıq şəxs iştirak edib
Tarix: 17.09.2015 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün qəbul kampaniyasını başa çatdırıb. Qəbul kampaniyasının başa çatması ilə bağlı sentyabrın 17-də TQDK-da mətbuat konfransı keçirilib. Konfransda TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, cari ildə keçirilən müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib. Komissiya tərəfindən son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub.
Belə ki, "Elektron hökumət" bülletenində hər ay dövlət qurumları üzrə "Elektron Hökumət" portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumat dərc olunur. Həmin məlumatlara əsasən, cari ilin avqust ayına kimi TQDK-nın təqdim etdiyi 15 elektron xidmət növündən 4 milyon 167 min 385 dəfə istifadə olunub. Bu da bir təşkilat üzrə rekord göstəricidir.
Eyni zamanda qeyd olunub ki, qəbul kampaniyasının gedişi və ayrı-ayrı mərhələlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması böyük əhəmiyyət kəsb edir. TQDK-nın sədri cəmiyyətdə KİV-lərin mühüm rolunu vurğulayıb, onların fəaliyyətini yüksək dəyərləndirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info