“Avropa və ikiqat dünya çempionuyam, çalışacağam ki, Olimpiya çempionu olum”
Tarix: 18.09.2015 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya Çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə Azərbaycan yığma komandası Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri, idmançıların qohumları, azarkeşlər və jurnalistlər qarşılayıblar. AGF-nin mətbuat xidmətindən bildiriblər ki, sərbəst güləşçilərdən 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl, 125 kq-da Cəmaləddin Məhəmmov gümüş, 97 kq-da isə Xetaq Qazyumov bürünc medala yiyələnib. Hacı Əliyev həm də dünya çempionatlarında iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan pəhləvanı kimi tarixə düşüb. AGF-nin baş katibi Əjdər Cəfərov hər üç yığma komandamızın Dünya Çempionatında yüksək səviyyədə iştirak etdiyini qeyd edib:
“Yarış hazırlıqlarına bir neçə ay öncədən başlamışdıq. Komandalarımız yüksək əzmkarlıq nümayiş etdirdilər. Hər üç növdə Olimpiya Oyunlarına yetərincə lisenziyalar əldə etdik. Çempionatda qızıl medal qazanan Hacı Əliyev Azərbaycan güləş tarixinə adını qızıl hərflərlə yazdı. O, sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu oldu. İki il ardıcıl dünya çempionu adını qazanmaq hər idmançıya qismət olmur. Bütün bu uğurlarımız təsadüfi deyil. Ümumilikdə komandalarımızın çıxışları qənaətbəxşdir. Güləşçilərimiz 8 medal və Olimpiya Oyunlarına 11 lisenziya qazanıblar”. Baş katib qeyd edib ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərova qarşı hakimlər tərəfindən haqsızlıq edilib: “Dünya Çempionatında 69 ölkədən hakimlər təyinat almışdı. Onların bəzilərinin qeyri-obyektiv qərarları daha çox medal qazanmağımıza mane oldu. 65 kq-da mübarizə aparan Toğrul Əsgərov 1/4 finalda italiyalı rəqibi üzərində qələbə qazanmışdı. Amma hakimlər Olimpiya çempionumuza qarşı ədalətsizlik etdilər. Bu idmandır, belə hallar olur. Las-Veqasda nümayəndə heyətimizin rəhbəri, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev dərhal müdaxilə etdi və Dünya Güləş Birliyinə şikayət məktubu ünvanlandı. Bundan sonra orada xüsusi komitə yaradıldı və həqiqətən də həmin görüşdə hakimlərin kobud səhvə yol verdiyi üzə çıxdı. Düzdür, bu görüşün nəticəsinə təsir etməsə də, həmin hakimlərin cəzalandırılması ilə nəticələndi və yəqin ki, həmin hakimlərin gələcəkdə Olimpiya Oyunlarında iştirakı mümkün olmayacaq”. Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov güləşçilərimizin uğurlu çıxışları ilə bağlı Azərbaycan xalqını təbrik edib. Vurğulayıb ki, qazandığımız nəticə böyükdür: “Dünya Çempionatında 11 lisenziya qazandıq. Onların sayını maksimuma çatdırmaq üçün qarşıda daha 3 turnir olacaq. Yaxşı hazırlaşmalıyıq. Lisenziya qazandığımız çəkilərdə boşluqlar yaranmamalıdır. Hamı öz üzərində işləməlidir. Çünki 2016-cı ildə bizi Rio Olimpiadası gözləyir. Orada dəfələrlə bayrağımızı yüksəldib, himnimizi səsləndirməliyik”. İkiqat dünya çempionu Hacı Əliyev də sevincini bölüşüb: “İkiqat dünya çempionu olmaq böyük sevincdir. Azərbaycan güləş tarixində ilkə imza atdığımıza görə çox şadam. Çalışacağam ki, üçqat, dördqat dünya çempionu olum. AGF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Məşqçilərimə də təşəkkür edirəm. Avropa və ikiqat dünya çempionuyam, çalışacağam ki, Olimpiya çempionu olum”. Xatırladaq ki, Dünya Çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Olimpiya Oyunlarına vəsiqə əldə ediblər. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələniblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info