İkiqat dünya çempionu Hacı Əliyev:
Tarix: 18.09.2015 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Levon Aronyan Dünya Kubokunu tərk etdi
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov isə yollarına davam edirlər
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda həyəcan getdikcə artır. Artıq 1/32 final mərhələsi arxada qalıb.

1/16 final mərhələsinə son vəsiqələrin taleyi isə tay-breykdə həll olunub. Günün sürprizi Ermənistan təmsilçisi Levon Aronyanın Ukrayna şahmatçısı Aleksandr Areşenkoya məğlubiyyəti oldu. Klassik partiyada hər iki görüşdə heç-heçə qeydə alındığından tərəflər qalibi tay-breykdə müəyyənləşdiriblər. Aronyanın sürətli şahmatda yol verdiyi səhvlər onun Bakıdakı yarışda iştirakını dayandırmasına səbəb olub. Ağ fiqurlarla oyunda kobud səhvə yol verən Levon Aronyan 1 saat 24 dəqiqəlik mübarizənin yekununda təslim olub. Mütəxəssislər cavab görüşündə onun revanş alacağına inansa da, proqnozlar doğrulmayıb. Qara fiqurlarla kortəbii hücuma keçən Aronyan rəqibin gedişinə fikir verməyib və nəticədə ikinci görüşdə də məğlubiyyət acısı yaşayıb. Beləliklə, Levon Aronyan 1/32 finalda mübarizəni dayandırıb. Rapid partiyada Hikaru Nakamura Samyuel Şenklendə, Aniş Giri Aleksandr Motılyova, Şəhriyar Məmmədyarov Xou Yifana, Teymur Rəcəbov İlya Smirinə, Pyotr Svidler Liviu-Diter Nisipyana, Dmitriy Yakovenko isə Amin Bassemə qalib gəlib. Azərbaycan şahmatçıları növbəti dəfə sürətli şahmatda ən güclülərdən olduğunu göstərib. Klassik partiyada iki heç-heçə edən Rəcəbov tay-breykdə İsrail şahmatçısı Smirinə heç bir şans verməyib. Həm ağ, həm də qara fiqurlarla oyunda rəqibindən üstün oyun nümayiş etdirən Teymur cəldliyi ilə inamlı qələbə qazanıb. Eyni sözləri Məmmədyarovun görüşü haqda da demək olar. Şəhriyar rapid oyununda əvvəlcə qələbə qazanıb, sonra isə üstünlüyü olmasına baxmayaraq risk etməyib və partiyanı heç-heçə ilə başa vurub. On dəqiqəlik rapid partiyalarında Aleksandr Qrişuk Vladimir Fedoseyevi, Yevgeniy Tomaşevskiy Nquen Nqok Şonu, Sergey Karyakin Aleksandr Anişuku, Yuy Yanyi isə İqor Lısıyı turnirdən kənarlaşdırıb. İlk klassik partiyada məğlub olan Karyakin əzmkarlıq və ustalıq sayəsində qələbə qazanıb. Hərçənd ikinci partiyada da Sergey bir sıra səhvlərə yol verib. Anişuk bu səhvlərdən yararlana bilməyib və nəticədə təslim olmağa məcbur olub. Partiyada həlledici an 25-ci gedişdə baş verib. Anişuk üçün pis vəziyyət yaradan Karyakin rəqibin şahını sıxışdırmağa başlayıb və tezliklə istəyinə çatıb. Tay-brekdə isə Ukrayna əsilli qrossmeyster on dəqiqəlik rapid zamanı 1/16 finala vəsiqəni rəsmiləşdirib. Blits şahmatda Yan Nepomnyaşiy Loran Fressineyə qalib gəlib. Vey İ isə Yuriy Vovkadan güclü olub. Günün ən gec başa çatan görüşündə Maykl Adams sevinib. Təcrübəli şahmatçı ilk klassik partiyada uduzduğu Viktor Lazniçkanın sözün əsl mənasında əsəbləriylə oynayıb. İkinci klassik partiyada qələbə qazanmaqla ümumi hesabı bərabərləşdirən Adams duelin taleyini “Armaqeddon”da həll edib. Ağlarla oynayan Maykl Adams qələbə qazanmaqla Dünya Kubokunda mübarizəni davam etdirmək imkanı qazanıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info