“Folha”: “Rusiyanın hava qüvvələri güclüdür”
Tarix: 18.09.2015 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Braziliyanın "Folha" nəşrində Rusiyanın son illər hərb sahəsində qazandığı uğurlar barədə yazı dərc edilib. Yazıda deyilir :”Məlum olan budur ki, genişmiqyaslı hərbi əməliyyatlar aparmaq üçün Suriyada böyük hərbi bazanı yeni avadanlıqlarla təchiz edən Rusiyanın fəaliyyəti ABŞ-ın yüksəkçinli hərbçiləri üçün də həyəcan təbili çalmaqdadır. Qeyd edilməlidir ki, bütün bunlar, eyni zamanda Qərb üçün də təhlükənin yaxınlaşması barədə bir mesajdır.
Bir müddət bundan əvvəl amerikalı general Frank Qorenk də son dövrlər Rusiyanın hava məkanındakı üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb. Nəzəri cəhətdən general nə danışdığını yaxşı bilir. Avropada ABŞ-ın Hava Qüvvələri komandiri olan Qorenk qitənin hava müdafiəsinin əlaqələndirilməsi üçün məsuliyyət daşıyır.
Qeyd etmək lazımdır ki, bütün Amerika komandirləri kimi, Qorenk də daha çox vəsait əldə etmək məqsədilə büdcə məhdudiyyətlərini şişirtməyə çalışır. Lakin o, bunları deməklə gözlənilən təhlükənin reallığına da işarə edir. Amerikalı general Rusiyanın hərbi sahədə üstünlükləri barədə danışarkən, o, bu ölkənin yalnız inkişaf etmiş döyüş təyyarələrini deyil, həm də Rusiyanın müdafiə sahəsindəki nailiyyətlərini xüsusi olaraq nəzərə çatdırır. Bu nailiyyətlər barədə danışarkən, Qorenk təbii ki, rusların özləri üçün öməm kəsb edən iki strateji məntəqədə - Kalininqrad və Krımda yerləşdirdikləri və dünyada alternativi olmayan S-300 və S-400 sistemlərini nəzərdə tutur. Amerikalı general Rusiyanın Kalininqradda yerləşdirdiyi hərbi qüvvələr və bunun NATO-nun fəal üzvü olan Polşa, eyni zamanda Baltikyanı ölkələr üçün yaratdığı təhlükədən narahat olur. NATO-nun Avropada az miqdarda Amerika istehsalı olan «F-22» təyyarələrinin yerləşdirildiyi və yeni «F-35» təyarələrinin 2020-ci ildən tez olmayaraq Böyük Britaniyada yerləşdiriləcəyini bildirən Qorenk bunun rusların Kalininqradda yerləşdirdikləri 11 ixtisaslaşdırılmış hərbi baza, 35 mindən artıq canlı qüvvə, tanklar, zirehli avtomobillər, təyyarələr və nüvə raketləri ilə müqayisədə çox az olduğunu etiraf etmək məcburiyyətində qalıb. O, Qara dəniz regionunda yerləşdirilmiş hərbi bazanın da Avropa üçün xüsusi narahatlıq doğurduğunu və Rusiyanın məhz dəniz yolu ilə Suriyanın Lataki bölgəsinə əhəmiyyətli qüvvələrin daşınmasını son həftələrin sübutu kimi göstərir.
Rusiya Aralıq və Qara dənizlərində öz hərbi gücünü genişləndirməklə, regionda neft və qazın ixracı marşrutları üzrə faktiki olaraq bütün dəniz keçidlərindən yararlanır. Bu isə o deməkdir ki, əgər potensial münaqişə olacağı təqdirdə Rusiya hərbi vasitə ilə bütün keçidlərə təhlükə yarada bilər.
Rusiyanın aviasiya sənayesindəki problemlər hələ bir müddət əvvəl-2008-ci ildə Gürcüstana qarşı apardığı beşgünlük müharibə ərəfəsində özünü göstərməyə başlamışdı. Həmin ərəfədə «Su-25» təyyarə modellərinin artıq köhnəldiyi üzə çıxdı. Bunları nəzərə alan Moskva yeni hava qüvvələri formalaşmasına əlavə sərmayələr yatırmağa başladı. Bunların yekunu kimi, vahiməli qırıcı və bombardmançı «Su-34» yaradıldı. İlk dövr üçün 124 təyyarəni istismara verəcəyini planlaşdıran Rusiya artıq məqsədinə yaxındır. Bununla yanaşı, Rusiya görünməz təyyarələrin beşinci nəslini yaratmaq üzrə də işlər aparır.
Frank Qorenkə görə, Rusiyanın 2008-ci ildən bəri hərb sahəsində ən böyük nailiyyətlərindən biri təyyarələr əleyhinə yaratdığı zenit-raket qurğularıdır. Bütün bunlarla yanaşı, qayğılı ABŞ Rusiyanın havada məğlubedilməz olduğu faktını etiraf edir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info