Qədim kitabların elektron versiyası Milli Kitabxanada
Tarix: 18.09.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Dünən M.F.Axundzadə adına Milli Kitabxanada Rusiya Milli Kitabxanasının fondlarında qorunan Azərbaycana dair qiymətli materialların və klassiklərimizin əlyazmalarının elektron versiyasının Milli Kitabxanaya təqdimetmə mərasimi, Azərbaycan Milli Kitabxanası ilə Bosniya və Herseqovina Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandumun imzalanması və "Azərbaycan inciləri dünya kitabxanalarında" adlı sərginin açılışı olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq IV Bakı Beynəlxalq Kitab sərgi- yarmarkasına qatılan qonaqları bir daha salamlayaraq, bu gözəl ənənəni alqışlayıb. O, "Azərbaycan inciləri dünya kitabxanalarında" adlı sərgidən bəhs edərkən söyləyib ki, sərgidə Rusiya Milli Kitabxanasında qorunan Azərbaycana aid kitablarla yanaşı, Avstriya, Türkiyə, Özbəkistan və Gürcüstandan gətirilmiş incilər də nümayiş olunur. Rusiya Milli Kitabxanasının direktoru Anton Lixomanov Rusiya Milli Kitabxanasında qorunan qədim Azərbaycan dilində ərəb qrafikasında olan kitablardan ibarət 6 diski Azərbaycan Milli Kitabxanasına hədiyyə edərək xalqımıza məxsus olan sərvəti özümüzə qaytardığını söyləyib. Sonra Azərbaycan Milli Kitabxanası ilə Bosniya və Herseqovina Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Bosniya və Herseqovina Milli Kitabxanasının direktoru İsmət Ovcina memorandumun əhəmiyyətini qeyd edib və qonaqpərvərliyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib. Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Zaqatalada 1250 arıçıya subsidiya veriləcək
18.07.2019
Qubada gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” təlim proqramı keçirilib
17.07.2019
Zaqatala və Balakəndə yeni yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib
17.07.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Lerikdə görüş keçirilib
17.07.2019
“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info