“Azərbaycan Gürcüstanın bir nömrəli tərəfdaşıdır”
Tarix: 18.09.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Azərbaycanın və Gürcüstanın dövlət və hökumət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir. Azərbaycan Gürcüstanın bir nömrəli tərəfdaşıdır və biz münasibətlərimizin daha da genişlənməsində maraqlıyıq”. Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili söyləyib.
Nazir deyib: “Dövlət və hökumət başçılarımız arasındakı danışıqlar, nazirlərin və digər struktur rəhbərlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrin dinamik inkişafı üçün geniş imkanlar açır. Biz münasibətlərimizi daha da genişləndirmək və inkişaf etdirmək üçün səylərimizi artırırıq”. Nazir bildirib ki, Azərbaycanın və Gürcüstanın ayrı-ayrı iş adamlarına qarşılıqlı sərmayə yatırmaları üçün də hər cür şərait yaradılıb. Bu da bizim iqtisadi münasibətlərimizin möhkəmlənməsində mühüm rol oynayır. Dmitri Kumsişvili deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyat nazirlərinin növbəti görüşünə ciddi hazırlıq gedir. Cari ilin aprel ayında hər üç ölkənin iqtisadiyyat nazirlərinin Batumidə keçirilən görüşündə çox mühüm məsələlər müzakirə olunub və qarşıya ciddi məqsədlər qoyulub. Hazırda, həmin məqsədlərə nail olmaq üçün hər üç ölkənin müvafiq qurumları ciddi çalışırlar: “İnanırıq ki, biz üçtərəfli formatda əlaqələrimizin, eləcə də iqtisadiyyatımızın inkişafında mühüm nailiyyətlər qazanacağıq”. Nazir Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyat nazirlərinin üçtərəfli görüşünün dəqiq vaxtını açıqlamasa da bu tədbirin yaxın vaxtlarda reallaşacağını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info