“Avropa institutları Azərbaycanda etimadı itirəcəklər”
Tarix: 18.09.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


“Avropa strukturları və media qurumları Azərbaycanın Ermənistan
tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından olan
azərbaycanlıların demokratik hüquqlarının pozulması faktını sanki görmürlər”

“PR Newswire” xəbər saytında italiyalı siyasətçi, AŞPA-da Avropa Xalq Partiyasının sabiq rəhbəri Luca Volontenin bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərinin yer aldığı yazı yerləşdirilib.
L.Volonte bildirib ki, cari ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkiləri vasitəsilə Avropa institutları bu ölkəyə qarşı heç bir ikili standartın olmadığını göstərə bilərlər. Avropa qurumlarını bu prosesə müsbət yanaşmağa çağıran italiyalı siyasətçi vurğulayıb ki, Avropa strukturları və media qurumları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından olan azərbaycanlıların demokratik hüquqlarının pozulması faktını sanki görmürlər. İtaliyalı siyasətçi bir sıra seçki müşahidəçilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə buraxılmamasının qanuni olduğunu bildirib. O deyib ki, Avropa institutlarında bundan nahaq yerə qıcıqlanırlar. L.Volonte əlavə edib ki, Avropadan olan bir sıra seçki müşahidəçiləri 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərinin Avropa Parlamenti və AŞPA tərəfindən azad və ədalətli seçki kimi qiymətləndirməsi faktını unudurlar. O deyib: “Təəssüf ki, bir sıra beynəlxalq qurumların nümayəndələri Azərbaycandakı seçkilər prosesində iştirak etmədən belə, bu ölkədə reallaşacaq növbəti azad və demokratik seçkiləri etibardan salmağa çalışırlar. Bu cür davranmaqla Avropanın və beynəlxalq birliyin strukturları Azərbaycandakı seçkilər prosesinə və islahatlara müsbət yanaşmaq imkanlarını itirirlər. Azərbaycana qarşı Qərb ölkələrinin bu cür münasibətinin yalnız bir qurbanı olacaq: Avropa etimadını itirəcək”.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Vuçiç: Serbiya NATO üzvü olmaq istəmir
24.03.2019
Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır
23.03.2019
“Şimali Koreya sanksiyalarını geri çəkirəm“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info