ABŞ-da 18 nəfər kredit kartlarından 200 milyon dollar oğurlayıb
Tarix: 06.02.2013 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


ABŞ-da bir qrup şəxsə qarşı beynəlxalq fırıldaqçılıq yolu ilə kredit kartlarından istifadə etməklə 200 milyon dollardan çox vəsait oğurlamaqda ittiham irəli sürülüb. Bu barədə “RBK” “Assoşieyted Press”ə istinadən xəbər verir. Məlumata görə, cinayətkarlar 2003-cü ildən başlayaraq 1800 müxtəlif ünvanlardan istifadə edərək minlərlə saxta şəxsiyyət vəsiqəsi düzəldiblər və bunun əsasında 25 minədək kredit kartı əldə ediblər. Cinayətkar qrup həmçinin bir sıra uydurma şirkət yaradaraq, saxta maliyyə hesabatları təqdim ediblər. Bu yolla ABŞ-ın 28 ştatında əldə olunan vəsaitlər Pakistanda, Hindistanda, BƏƏ-də, Kanadada, Rumıniyada, Çində və Yaponiyada açılmış hesablara köçürülüb. İttiham 18 nəfərə qarşı irəli sürülüb, onlardan 13 nəfər barəsində həbs qəti-imkan tədbiri seçilib. Rəsmi şəxslərin məlumatına görə, zərərin məbləği hələ də hesablanır və ilkin olaraq elan olunmuş məbləğdən qat-qat çox olacağı istisna olunmur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info