Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş
Tarix: 18.09.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Soçi şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin müvəqqəti seçki hökumətinin xarici işlər naziri Firudin Sinirlioğlu arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında münasibətlər, Suriya münaqişəsi başda olmaqla, regional və beynəlxalq problemlər müzakirə olunub. Lavrov bildirib ki, Türkiyə və Rusiyanın fərqli yanaşmaları olsa da, hər iki dövlət sabit və demokratik bir Yaxın və Orta Şərq görmək istəyir. O, Türkiyənin Rusiyanın beynəlxalq arenada önəmli bir tərəfdaşı olduğunu qeyd edib: "Regional və qlobal problemlərlə yanaşı, Qara dənizdə iqtisadi işbirliyini inkişaf etdirmək üçün də çalışırıq. Suriya, Yaxın Şərq və Şimali Afrika daxil olmaqla, beynəlxalq problemlərlə bağlı müzakirələr aparırıq. Mövqelərimizdə fərqlilik olsa da, Yaxın Şərqdə ortaq hədəflərə sahibik. Biz bölgənin sabit və demokratik olmasını istəyirik. Bölgədə yaşayan hər bir etnik və dini qrup özünü təhlükəsiz hiss etməlidir". Rusiya XİN rəhbəri ən yüksək səviyyədə dialoq üçün hazırlıqların getdiyini də söyləyib: "Prezidentlərimiz mütəmadi olaraq telefonla danışır. İndi biz Rusiya-Türkiyə Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının VI toplantısına hazırlaşırıq. Bu il toplantı ikitərəfli diplomatik əlaqələrimizin 95-ci ildönümü çərçivəsində baş tutacaq”. Qeyd edək ki, Rusiya “Türk axını” qaz boru kəməri layihəsi (Turkish Stream) üzrə müzakirə prosesinin tezliklə yenilənməsini gözləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən edilən şərhdə deyilir. Bildirilir ki, Qara dəniz və Türkiyə üzərindən həyata keçirilməsi planlanlaşdırılan “Türk axını” layihəsi iki ölkə əlaqələrinin prioritetləri arasındadır. “Türk axını” layihəsinin ilk xəttinin tikintisi və istifadəsi üzrə şərtlərin müəyyənləşdirilməsi üçün müqavilələrin tam, ardıcıl və vaxtında həyata keçirilməsinin ifadə edildiyi şərhdə deyilir: “Müzakirə prosesinin bir an əvvəl yenilənməsini gözləyirik. Hökumətlərarası razılaşmanın layihəsi isə maydan etibarən araşdırılmaq məqsədilə Türkiyə tərəfindədir”. Şərhdə iki ölkə arasındakı ticarət həcminin böyüdülməsinin və Türkiyədən qida idxalının artırılmasının planlandırıldığı qeyd edilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info