Almaniyanın Federal Miqrasiya İdarəsinin rəhbəri istefa verib
Tarix: 18.09.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Mühacir axınına tab gətirə bilməyən Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin rəhbəri Manfred Şmidt tutduğu vəzifədən istefa verib. “DPA” agentliyi xəbər verir ki, M.Şmidt şəxsi səbəblər üzündən istefa ərizəsi yazıb.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2010-cu ildən miqrasiya idarəsində rəhbər post tutan M.Şmidt bu müddətdə vəzifəsini nöqsansız icra edib. Lakin ekspertlərin fikrincə, Daxili İşlər Nazirliyinin bəyanatı heç də reallığı əks etdirmir. Bildirilir ki, miqrasiya rəhbərinin bu gərgin vaxtda istefaya getməsi heç də təsadüfi deyil. Məmur son həftələrdə ölkəyə kütləvi qaçqın axınından irəli gələn fəaliyyət ləngimələrinə görə Federal hökumət və ictimaiyyət tərəfindən dəfələrlə tənqid olunub. Hazırda onun fəaliyyəti dövründən sığınacaq üçün müraciət edən 270 min mühacirin baxılmayan ərizəsi qalır.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info