Araz Əzimov: «Əfqanıstandakı NATO yükləri Azərbaycanın təmin etdiyi dəhliz vasitəsilə daşınır»
Tarix: 06.02.2013 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Bakıda Əfqanıstandakı vəziyyətin sabitləşdirilməsi üzrə İstanbul prosesinin yüksək vəzifəli şəxslərinin 4-cü iclası keçirilib.
İclasda çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, bu toplantı İstanbul prosesinin xarici işlər nazirlərinin apreldə Almatıda keçiriləcək iclasına hazırlıq xarakteri daşıyır: “Bugünkü iclas çərçivəsində nazirlərin aprelin 26-da nazirlərin Almatıda qəbul edəcəyi bəyannamənin mətni hazırlanacaq”. Əfqanıstan xarici işlər nazirinin müavini Cavid Ludin qeyd edib ki, Azərbaycanla tarixi köklərə malik əlaqələrdən qürur duyurlar: “Azərbaycan İstanbul prosesinin fəal iştirakçılarından biridir və bugünkü toplantı bunun əyani sübutudur”. Qeyd edək ki, 2011-ci ildə İstanbulda keçirilən konfrans çərçivəsində fəaliyyətinə start verilən İstanbul prosesi Əfqanıstanın birbaşa və regional qonşusu olan 15 ölkə tərəfindən yaradılmış və şərti olaraq “Asiyanın ürəyi” adlandırılan siyasi prosesdir. Bu təşəbbüsün əsas məqsədi regional faktorun köməyi ilə Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin olunmasıdır. Qeyd edək ki, jurnalistlərə açıqlama verən Araz Əzimov bildirib ki, 2014-cü ilin sonuna kimi İSAF qoşunları Əfqanıstandan çıxacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılaraq Avropaya və digər ölkələrə daşınacaq. Araz Əzimov hazırda Azərbaycan ərazisindən İSAF əməliyyatı çərçivəsində Əfqanıstana yüklərin daşınmasının davam etdiyini deyib. O bildirib ki, Azərbaycan bu imkanı NATO-ya öz töhfəsi kimi təqdim edib: “Bu tranzit imkanlardan NATO-ya üzv ölkələr, tərəfdaş ölkələr istifadə edir. Düzdür, 2014-cü ilin sonuna kimi İSAF qoşunları Əfqanıstandan çıxarılacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılaraq Avropaya və digər ölkələrə daşınacaq. Hazırda bu imkandan istifadə edilir. Lakin daha böyük miqyasda yüklər 2013-cü ilin ikinci yarısından daşınmağa başlayacaq. Çünki bir il ərzində, yəni 2014-cü ilin ərzində bütün qoşunların çıxarılması planlaşmış şəkildə olmalıdır. Eyni zamanda birdən-birə bütün yüklərin çıxarılması mümkün deyil. Çünki İSAF bu ilin sonuna qədər Əfqanıstanda qalmalıdır və öz missiyasını yavaş-yavaş yerli hökumətə təhvil verməlidir. Əfqanıstan hökuməti bütün imkanları ona yönəldib ki, ölkənin bütün ərazisinə öz suveren nəzarətini təmin etsin və təhlükəsizliyin təminatı məsələsinə, xüsusilə, özü nəzarət etsin. Bu proses indi də davam edir və demək olar ki, 90 faiz yerinə yetirib. Biz də öz tərəfimizdən Əfqanıstanla bütün istiqamətlərdə əməkdaşlıq edirik və əməkdaşlığı davam etdirməyə hazırıq”.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info