“Qiymətləri bir neçə dəfə düşən dərman preparatları var”
Tarix: 18.09.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“Sözsüz ki, dərman preparatlarının qiymətinin tənzimlənməsi müəyyən problemlər yaradacaq. Ancaq biz bu problemlərdən qorxmamalı və işimizi davam etdirməliyik. Sonda yaxşı nəticənin əldə olunacağına inanırıq”. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavininin sözlərinə görə, Tarif (qiymət) Şurasının qərarından sonra qiymətləri bir neçə dəfə düşən dərman preparatları var: “Əsas məqsədimiz odur ki, birinci növbədə ölkə əhalisinə satılan dərmanlar keyfiyyətli olsun, ikincisi növbədə isə dərmanların qiyməti aşağı olsun. Çox baha olan dərmanların süni şəkildə qiyməti qaldırılırsa, əlbəttə ki, biz onun bazarda olmasının tərəfdarı deyilik”. E. Ağayev qeyd edib ki, bu gün Azərbaycanın dərman bazarında qeydiyyatdan keçən dərman preparatlarının 57 faizi Avropanın payına düşür: “26 faiz MDB ölkələrinin, onların da içərisində 12 faizi Rusiyaya aiddir. Hindistanın və digər Asiya ölkələrinin payına isə çox kiçik faiz düşür”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info