“TurAz Qartalı - 2015” birgə təlimləri sona çatıb
Tarix: 18.09.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin avqustun 22-dən başlayan “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri sentyabrın 18-də sona çatıb.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi, polkovnik Nihat Çırakoğlunun iştirakı ilə təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətin, aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.
Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar keçirən, verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların göstərdikləri nəticələr komandanlıq tərəfindən yüksək qiymətləndirilib.
Bildirilib ki, davamlı olaraq Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin keçirilməsi hər iki ölkənin pilotlarının bacarıq və praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsinə və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info