“Bakcell”in Ulduzum sadiqlik proqramı telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti”dir
Tarix: 18.09.2015 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Ulduzum sadiqlik proqramı Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti” adına layiq görülüb.
Şirkətdən Trend-ə verilən məlumata görə, 14 sentyabrda Dubayda keçirilmiş nüfuzlu “Telecoms World Middle East Awards 2015” mükafatının təqdimetmə mərasimində “Bakcell”in Ulduzum proqramı “Telecoms World” təşkilatı tərəfindən 5 finalçı arasında birinci yerə layiq görülüb.
Müsabiqə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika bölgələrinin müxtəlif ölkələrindən olan və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri təmsil edən 250 namizəd arasında keçirilib.
“Biz bu mükafata layiq görülməyimiz və 250 telekommunikasiya şirkəti arasında birinci yeri tutmağımızla fəxr edirik. Bu fakt sübut edir ki, “Bakcell”in Ulduzum proqramı təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bu isə həm də dünyada ən yaxşılardan biri deməkdir. Biz inanırıq ki, bu, hələ başlanğıcdır, Ulduzum Bakcell abunəçiləri üçün ən yaxşı müştəri təcrübəsi olmağa davam edəcək, daha da təkmilləşəcək və gələcəkdə bir çox mötəbər mükafatlar qazanacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
“Ən yaxşı istehlakçı xidməti” mükafatı ilə təltif olunması Bakcell üçün daha bir uğur hekayəsidir. Şirkət müştəri ehtiyaclarının düzgün başa düşülməsi, göstərdiyi xidmətlərin və müştərilərinin ümumi təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində çox işlər görür.
1 milyon 400 nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərimizin və və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq edən ən uğurlu və populyar loyallıq proqramlarından biridir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil tətbiqetmə vasitəsilə Bakcell abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info