Erməni müxalifətçi Sərkisyan rejimini ifşa etdi YENİLƏNİB
Tarix: 18.09.2015 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Vaan Martirosyan: “Azərbaycan mediasından başqa heç kəs Sarkisyanın cinayətkar hakimiyyətinin elədiklərini dünyaya çatdıra bilməz”

Serj Sərkisyanın cinayətkar rejiminə və Ermənistanda korrupsiyaya qarşı fəaliyyətinə görə, Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyana hakimiyyət tərəfindən təzyiq göstərilib. Bunu V.Martirosyan Bakıda mətbuat konfransında deyib.
V.Martirosyan bəyanatla çıxış edərək Ermənistanda təqiblərə və təzyiqlərə məruz qalmasından danışıb: "Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sərkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlər başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı”.
O qeyd edib ki, Sərkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır və ölkə iqtisadiyyatını iflasa uğradıb.
V.Martirosyan deyib ki, Dağlıq Qarabağa göndərilərək hərbi fəaliyyətlərdə iştirak etmək üçün Ermənistanda Yaxın Şərqdən gələn qaçqınlardan ibarət qruplaşmalar yaradılır. Onun sözlərinə əsasən, Yaxın Şərqdə hərbi fəaliyyətlər dövründə Ermənistana təqribən 15-20 min qaçqın gəlib ki, onların çoxu erməni əsillidir: "Onların əksəriyyəti Ermənistanda baş verən bütün dəhşətləri görərək dərhal ölkəni tərk edib. Əsasən kriminal keçmişi olanlardan isə Dağlıq Qarabağa göndərilən qruplaşmalar yaradılır.
V.Martirosyan əlavə edib ki, Ermənistanda heç kəs müharibənin başlamasını istəmir: “Bu, xalqlarımızın ən böyük faciəsi olacaq. Müharibə ondan qazanc götürənlər üçün sərf edəcək. Ermənistan ordusu indiki vəziyyəti ilə təkcə Azərbaycan ordusuna deyil, hətta Afrikanın üçüncü ölkəsinin ordusuna belə müqavimət göstərə bilməz. Bizdə hamı orduda xidmətdən yayınır. Dinc şəraitdə itkilərimiz çoxdur. Müharibə başlasa, Ermənistan ordusu müvəffəqiyyətsizliyə məhkum olacaq”.
“Ermənistanda Azərbaycan haqqında saxta düşmənçilik görüntüsü yaradılır”
O bildirib ki, əgər Ermənistanla sərhədlər açılarsa, Azərbaycana qaçqın axını Avropaya qaçqın axını kimi olacaq: “Ermənilər Azərbaycan və Bakı haqqında az məlumata malikdir. Lakin yaşlı nəsil buranı yaxşı tanıyır. Onlar burada gəziblər, istirahət ediblər”.
V. Martirosyan bir neçə il Azərbaycanda yaşayan, daha sonra Ermənistana qayıtdıqdan sonra Azərbaycan haqqında yanlış məlumatlar verən Gevorkyan ailəsi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bu, Milli Təhlükəsizlik Şurasının işdir: “Bakıda keçirilən ilk Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn idmançılar üstlərində erməni bayrağı olan geyimlərlə Bakıda gəzirdilər. Lakin Ermənistana qayıtdıqda dedilər ki, qorxumuzdan çölə çıxa bilmirdik. Bütün bunlar Milli Təhlükəsizlik Şurasının əməlidir”.
V. Martirosyan Azərbaycanda qalıb-qalmayacağının müzakirələrdən sonra bəlli olacağını deyib.
Erməni hüquq müdafiəçisi Ermənistan ordusunu müdafiə naziri Seyran Ohanyanın idarə etmədiyini də deyib: "Müdafiə naziri Seyran Ohanyan olsa da, əslində, heç nə ondan asılı deyil. O, adi fiqurdur. Qərarları isə Baş Qərargah rəisi Xaçaturyan verir. Ermənistanda "Xaçaturlar tayfası" ifadəsi var. Əgər Müdafiə Nazirliyi ilə hər hansı müqavilə bağlanacaqsa, həmin məbləğinin yarısı Xaçaturyanını cibinə getməsə, o, həmin gecə yatmayacaq".
O deyib ki, məqsədi Azərbaycan mediasının gözü ilə dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sərkisyanın cinayətkar rejiminə çəkməkdir: “Ermənistanda Azərbaycan haqqında saxta düşmənçilik görüntüsü yaradılır. Azərbaycandan sığınacaq istəməklə bağlı müraciətimdən sonra Azərbaycanda məni dostcasına, qonaqpərvərliklə qəbul etdilər".
Hüquq müdafiəçisi Ermənistanda müxalifətin olmadığını da deyib: "Ermənistanda 5 minə yaxın insan elektrik enerjisi qiymətinin qalxmasına etiraz olaraq Baqramyan prospektini bağladı, bir müddət orda qaldı. Onların çoxunu tanıyıram, heç bir yerdə işləmirdilər. İndi bahalı maşınlar alıblar. Bahalı restoranlara gedirlər. Bizdə müxalifət yoxdur. Sonuncu müxalifət 2008-ci ilin martında özünü göstərdi, qalanı cib müxalifətidir".
“Qarabağ münaqişəsi Sarkisyan hakimiyyətinin marağındadır”
Martirosyan bildirib ki, Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək: “Əlbəttə ki, Bako Saakyan və Serj Sarkisyan müdaxilə etməsə. Şuşa şəhərinə milyonlarla dollar xərclənsə də, şəhərdə adam yoxdur. Qalanlar da yalnız yaşlılardır. Gənc yoxdur. Xankəndində axşam gəzsəniz, görərsiniz ki, yaşayış binasında bir işıq yanır. Bu münaqişə Sarkisyan hakimiyyətinin marağındadır. Onlar erməni deyil. Onlar erməniləri sevmirlər”.
V. Martirosyan erməni xalqının indi yaşadığı kimi yaşamasını istəmədiyini söyləyib: “Mən vətənimi sevirəm. Azərbaycan mediasından başqa heç kəs Sarkisyanın cinayətkar hakimiyyətinin elədiklərini dünyaya çatdıra bilməz. Ermənistanda insanlar hansısa Afrika ölkəsindən daha pis yaşayır. Yalnız İrəvanın mərkəzi küçəsində görüntü naminə ofislər var, iş gedir, otellər mövcuddur. Bir kilometr kənarlaşdıqda isə görürsən ki, insanlar acdılar. Dağılmış binalar var. Ən kasıblar isə Dağlıq Qarabağ müharibəsi veteranlarıdır. Ermənistanda iş tapanda buna möcüzə kimi baxırlar. 80 dollar pensiya verilir və bununla cəmi iki dəfə marketə girmək olar. Mənim nənəm vəzifədə işləyib, 100 dollar pensiya alır. Ona oliqarx kimi baxırlar. Kiməsə yardım yoxdursa, o, yaşaya bilməz. Hər yerdə korrupsiya, rüşvət hökm sürür”.
V. Martirosyan Azərbaycandakı BMT v Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin ofislərinə müraciət etdiyini söyləyib: “Xahiş edirəm ki, Ermənistanla hansısa formada əlaqə saxlasınlar. Mənim anam orada qalıb. Həyat yoldaşımın ailəsi var. Bilmirəm, hakimiyyət onlarla necə rəftar edəcək. Onların vəziyyətinin yoxlanılmasını istəyirəm”.
Xatırladaq ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info