“Obama dövründə ABŞ irqçilik baxımından daha da tirələnib”
Tarix: 18.09.2015 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


“Talkingpointsmemo.com”: “Obamanın 14 yaşlı müsəlman yeniyetmənin həbsi məsələsindən “kənarda qalmaq” istəyi irqi mübarizədə qurbanların daha çox olmasını təşviq edir”

“Talkingpointsmemo.com” saytı yazır ki, Obama hakimiyyətə gəldikdən sonra ölkədə irqçiliklə bağlı ixtilaflar, cəmiyyətin bu baxımdan ikiyə bölünməsi daha da dərinləşib.
Yazıda bildirilir: “Respublikaçıların vitse-prezidentliyə keçmiş namizədi Sara Palinin qızı Bristol Palin öz bloqunda yazıb ki, Prezident Obama bu həftənin əvvəlində Texasda əldəqayırma saat düzəldəndən sonra həbs olunmuş 14 yaşlı müsəlman şagirdin məsələsindən “kənarda qalmağa” ehtiyac duyur. Qeyd edək ki, 14 yaşlı Əhməd Məhəmməd özü saat düzəltdiyinə görə, “səhvən” - saatın bomba üçün düzəldildiyi ehtimalı ilə həbs edilmişdi.
O, həbsdən buraxıldıqdan sonra Massachusetts Texnologiya İnstitutuna, “Facebook”a səyahət etməyə dəvət edilib. Bundan başqa, Austindəki Texas Universiteti də müsəlman yeniyetməni dəvət edənlər sırasında olub.
Ardınca isə Obama Çərşənbə günü onu Ağ Evə dəvət edib.
Amma Bristol Palin Obamanın bu dəvətini yanlış addım adlandırıb: “Bu dəvət irqi mübarizəyə daha çox təşviq edir. Obama bununla həmin oğlanın həbs edilməsi məsələsindən yaxasını kənarda görmək istəyir. Halbuki bu, irqi mübarizəni daha da alovlandırır. Bununla həmin mübarizədə qurbanların daha çox olmasına təşviq edilir. Bizim prezidentin bu cür davranışı kimi “uşaq oyunları” ölkəni ikiyə bölüb. İrqçilik baxımından bu cür ikiyə bölünmə Obamanın seçilməsindən sonra daha da dərinləşib”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info