Tibbi-Sosial Ekspert komissiyalarının yeni binaları
Tarix: 18.09.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Qəbələ və Oğuz rayonları üzrə 18 saylı, Ağdaş, Ucar və Zərdab rayonları üzrə 36 saylı Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir standartlara cavab verən yeni binaları istifadəyə verilib.
Tədbirdə çıxış edən ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov ötən ilin ortalarından TSEK-lərin maddi-texniki bazasının gücləndirilməsi işlərinə başlanılıdığını, artıq 38 region üzrə TSEK-lərin 31-nin müasir iş şəraitinə malik olduqlarını vurğulayıb. “İlin sonuna kimi digər Komissiyalar da yeni iş şəraiti, ekspertiza cihazları, müasir avadanlıqlarla təmin ediləcəklər”- deyən İ.Qurbanov tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin gücləndirilməsi yönündə aparılan işlərə də toxunub: “Ölkəmizdə əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəriciləri yüksəlib, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sistemi yaradılıb və bu sistem vasitəsilə əlilliyə dair məlumatların aidiyyəti qurumlar arasında elektron qaydada mübadiləsi təmin edilib. Hazırda həyata keçirilən islahat tədbirləri əlilliyin təyinində məmur-vətəndaş münasibətlərinin daha da azalması ilə nəticələnəcək”.
ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev isə bildirib ki, son dövrlər tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılması istiqamətində görülən işlər bu sahə ilə bağlı şikayətlərin kəskin azalmasına, komissiyalarda əhaliyə layiqli səviyyədə xidmət göstərilməsinə, əlillik müayinələrinin normal şəkildə aparılmasına şərait yaradıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli Fərmanı bu sahə ilə bağlı mühüm islahatların növbəti mərhələsinin başlanğıcıdır. Fərmanın uğurla icrası həm müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, həm də tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə gətirib çıxaracaq”.
Daha sonra hər iki TSEK-in əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitə baxış olub. Komissiyalara əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsiplərinə uyğun təşkil olunması, əlilliyi olan şəxslərin reabilitasiyasında nazirliyin bərpa-müalicə mərkəzləri ilə fəaliyyətin səmərəli qurulması və s. barədə müvafiq tapşırıqlar verilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub
21.02.2019
Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info