Sərdar Cəlaloğlu: “Müxalifət namizədlərinin heç biri prezident olmağa layiq deyil”
Tarix: 06.02.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


“Hesab edirəm ki, müxalifət düşərgəsində çoxlarının prezidentliyə namizədliyini irəli sürməsi qeyri-ciddi hərəkətlərdir. Məsələyə ciddi formada yanaşsaq, bu gün öz namizədliyini irəli sürən müxalifət namizədlərinin heç biri Azərbaycanda prezident olmağa layiqli namizəd deyil”.
Bu barədə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Palitra”ya açıqlamasında müxalifət düşərgəsində pezidentliyə namizədlərin sayının artmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, namizədlərin gücləri və potensialları nə dövləti idarə etməyə imkan verir, nə ciddi bir komanda yaratmağa, nə də problemlərin həllinə intellektual yanaşmağa.
“Biz deyirik ki, bütün namizədlərin resursları bir yerə toplansın və bir nəfərin resursu kimi təqdim olunsun. O halda bəlkə nəsə etmək olar. Lakin hazırda belə bir istək görünmür. Deməli, bütün bunların hamısı boşdur. Hər kəs öz namizədliyini verirsə, bu o demək deyil ki, onların hamısı prezidentliyə layiqdir. Hətta kadr, potensial və güc baxımından xeyli irəlidə olan iqtidarın özündə bəzi çatışmazlıqlar var. Bunların heç birinə sahib olmayan müxalifət nə edə bilər?”-deyə partiya sədri diqqətə çatdırıb.
S.Cəlaloğlu qeyd edib ki, bu gün elementar politoloji anlayışı, savadı olmayan şəxslər prezidentliyə namizədliklərini veriblər və ciddi iddialar irəli sürürlər. Onun sözlərinə görə, əsl problem bundadır: “Prezidentlik postunu ən yüksək zirvə hesab ediriksə, ilk növbədə məsuliyyət hissi keçirməliyik ki, o zirvədə durub özündən qat-qat ağıllı, qabiliyyətli insanları idarə etməkdə haqlıyıqmı? Vaxtilə Platon deyirdi ki, siyasi mübarizə o zaman yaranır ki, insan özündən ləyaqətli olmayan birinin onu idarə etməsinə etiraz edir. İndi bu namizədlərin özləri də bilirlər ki, onların idarə etmək istədikləri adamlar onlardan qat-qat ağıllı, ləyaqətli, qabiliyyətli adamlardır. Təəssüflər olsun ki, Azərbaycanda prezident seçkilərinə qeyri-ciddi yanaşanlar var. Hesab edirlər ki, qohumlarını, qonşularını ətraflarına yığıb, Qarabağı satıb, nə bilib onu satıb, bunu edib prezident olmaq olar”.
S.Cəlaloğlu məsələnin psixoloji tərəflərindən də danışıb və psixologiyada ləyaqətin ölçüsünün olduğunu diqqətə çatdırıb. Bildirib ki, ləyaqət elə bir kəsir xəttidir ki, onun məxrəci insanın iddiaları, sürəti isə imkanlarıdır: “Bir insanın ki, iddiası böyük, imkanı azdır, həmin kəsir xəttinin qiyməti bir o qədər kiçikdir. Məsələn, biri dünyanı yerindən tərpətmək istəyir, amma, özünü belə tərpədə bilmir. Deməli onun ləyaqət qiyməti sıfra bərabərdir. İndi nə olsun ki, hər kəs öz namizədliyini verir. Onların prezident kimi ölkəni idarə etmək imkanları varmı? Komandaları, proqramları, ideyaları varmı? Bu günə qədər millətin taleyi ilə bağlı hansı işləri görüb? Əsas olan bunlardır”.
Partiya sədri hesab edir ki, prezidentliyə namizədlərə “Bu günə qədər ölkə ilə bağlı hansı fərqli ideyan olub?” sualını vermək lazımdır.
“Axı, bu şəxslər ölkə ilə bağlı məsələlərdə səslərini çıxarmayıblar, indi gəlib prezidentliyə namizəd olurlar. Bütün bunları qeyri-ciddi hesab edirəm”- deyə o, vurğulayıb.
ADP-nin seçkilərdə namizədinin olacağı məsələsinə gəlincə, S.Cəlaloğlu özünün namizədliyini vermək fikrinin olmadığını deyib: “Partiya daxilində partiya sədrinin namizədliyinin verilməsi ilə bağlı müəyyən fikirlər var. Bunu gizlətmirəm. Amma, mən ümummilli maraqlar fonunda xüsusi ambisiya irəli sürməyi düzgün hesab etmədiyim üçün, ümumiyyətlə, belə bir istəklə çıxış etmirəm. Lakin seçkilərdə partiya olaraq iştirak edəcəyik. Əgər müxalifətin ümumi namizədi olacaqsa, o bizim də namizədimiz olacaq. Yox, bu olmayacaqsa, ya blok, ya da partiya olaraq seçkilərə qatılacağıq”.
Müxalifətin seçkilərə qədər ümumi namizədinin olması ehtimalını S.Cəlaloğlu aşağı qiymətləndirib. Bildirib ki, bu olduqca gecdir və müxalifət zaman baxımından çox uduzub.
NƏRIMAN




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info