“Express.co.uk”: “Britaniyalılar halal ət marketini boykota çağırırlar”
Tarix: 18.09.2015 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Başqa mədəniyyətlərə, dinlərə qarşı dözümsüzlük və diskriminasiya meyilləri öznü açıq şəkildə büruzə verir

Londonun şərqində yerləşən “Asda” supermarket müsəlmanlar üçün halal sayılan ərzaq satdığı üçün londonlu alıcıların qəzəbinə tuş gəlib. Böyük Britaniyanın “express.co.uk” saytı yazır ki, adıçəkilən supermarket özünün isti yeməklər vitrinində ancaq halal ət təklif edir. Buna görə də alıcılar qəzəbləniblər: “Bərk qəzəblənmiş alıcılar bununla bağlı “Facebook” səhifəsi yaradıblar və ictimaiyyəti “Asda supermarket”dən ərzaq almamağa çağırıblar. Onlar, mağaza halal olmayan toyuq, qabırğa, donuz əti basdırması, sosiska satmayınca, onu boykot etməyə səsləyirlər.
Mağazada hazırda satılan ət isə islam ənənələrinə uyğun kəsilib. Bu ənənələrə görə heyvanlar kəsim vaxtı sağ və sağlam olmalı və cəmdəkdən qan axmalıdır.
Hiddətlənmiş alıcılardan biri olan 63 yaşlı Eileen Glover “Asda” supermarketin bu cür fəaliyyət gösrtərməsini “qudurğanlıq” adlandırıb. Mağazanı boykota qoşulan qadın deyib: “Mən bir Britaniya istehlakçısı kimi bu məsələdən çox qəzəblənmişəm.

Bu gün müsəlman dünyasına qarşı aparılan informasiya savaşı Qərb ölkələri əhalisinin müsəlmanlara qarşı münasibətinin də pisləşməsinə xeyli təsir edir

Mən ömrüm boyu Londonun şərqində yerləşən Barkinqdə yaşamış və bazarlıq etmişəm və həmişə də bazarlıqda seçimlərimə güzəştə gedilib. Mən bu cür halal ət kəsimi prosesi ilə razı deyiləm. Britaniya mağazalarında varid olan bu cür halları isə qudurğanlıq hesab edirəm. Mən bu məsələyə özüm kimi münasibət bəsləyən hər kəsi ilk növbədə, bu mağazanı boykot etməyə çağırıram. İkincisi isə boykot edənlər mağazanın baş ofisinə şikayət etməlidirlər. Mən artıq bu barədə baş ofisə şikayət etmişəm.”
Əlavə edək ki, bu gün əksər ölkələrdə dietik və ya hər hansı dini-etnik mədəniyyətə mənsub qida mağazalarına rast gəlmək mümkündür. O cümlədən, müsəlman adət-ənənələrinə mənsub mağazalar da dünyanın müxtəlif ölkələrində çoxdan fəaliyyət göstərir və bu, indiyə qədər adi hal kimi qəbul edilib.
Amma bu gün Böyük Britaniya kimi ölkələrdə bu cür mağazalara qarşı dözümsüzlüyün və boykot kampaniyalarının başlaması bu məsələdə yeni tendensiyanın ortaya çıxmasını açıq göstərir. Belə ki, hazırda Qərb dairələri tərəfindən müsəlman dünyasına və ölkələrinə qarşı aparılan kampaniya fonunda müsəlman məişətinə, qidalanma tərzinə qarşı bu cür çıxışların olması istənilən halda, mənfi tendensiyadır. Eyni zamanda, burada başqa mədəniyyətlərə, dinlərə qarşı dözümsüzlük və diskriminasiya meyilləri öznü açıq şəkildə büruzə vermiş olur. Bu gün müsəlman dünyasına qarşı aparılan informasiya savaşı Qərb ölkələri əhalisinin müsəlmanlara qarşı münasibətinin də pisləşməsinə xeyli təsir edir ki, bunun da nəticələrini sözügedən hallarda görürük…

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info