Binəqədidə “Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda məlumat saatı keçirilib
Tarix: 18.09.2015 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) “Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda növbəti məlumat saatı keçirilib. Məlumat saatında Binəqədi RİH başçısı Xaləddin İsgəndərov, icra başçısının müavini Aygün Əliyeva, APA-nın baş direktoru Nurşən Quliyev, “Lent.az” saytının redaktoru Səbuhi Məmmədli, aparatın şöbə müdirləri, rayon icra nümayəndələri, bələdiyyə sədrləri və aparatın əməkdaşları iştirak ediblər.
Tədbiri açıq elan edən Binəqədi RİH başçısının müavini Aygün Əliyeva vətəndaş cəmiyyətində medianın rolunun vurğulayaraq, ümummilli lider Heydər Əliyevin bu sahədə ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdığını diqqətə çatdırıb.
A. Əliyeva Prezident İlham Əliyevin son illər KİV-in inkişafı istiqamətində önəmli addımlar atdığını, bu siyasətin bu gün də uğurla davam etdiyini bildirib.
Sonra 10-17 sentyabr tarixlərində Prezident İlham Əliyevin həyata keçirdiyi səfərlər, görüşlər, imzaladığı fərman və sərəncamlar haqqında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rauf Həsənov məlumat verib.
Daha sonra APA-nın baş direktoru Nurşən Quliyev “Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda geniş təqdimat etdi.
Çıxışlardan sonra məlumat saatı suallar ətrafında müzakirə ilə davam etdirilib.
Məlumat saatının sonunda çıxış edən Binəqədi RİH başçısı Xaləddin İsgəndərov mövzunun əhəmiyyətindən danışaraq son illərdə ölkə başçısının media sahəsinə xüsusi diqqətini vurğulayıb, qeyd edib ki, 2013-cü ildə Prezident mətbuatla bağlı çox əhəmiyyətli addımlar atıb: "Bu, əvvəlki illərdə mətbuatla bağlı qəbul olunmuş qərarlara uyğun olaraq həyata keçirilən işlərin sistemli davam etdirilməsini bariz nümunəsidir. Xüsusilə jurnalistləri dövlət tərəfindən mənzillə təmin olunması ölkə başçısının media sahəsinə verdiyi diqqət və qayğının nəticəsidir".

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır
22.06.2019
Yevlaxda dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıb
22.06.2019
Ağsuda zəlzələdən dağılan 152 evin tikintisi başa çatmaq üzrədir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info