Neft sənayesində çalışmış pensiyaçılar yüksək dövlət qayğısı ilə əhatə olunub
Tarix: 18.09.2015 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən “Neftçilər günü” elan edilən 20 sentyabr hər il Azərbaycanda neftçilərin peşə bayramı kimi kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu neft strategiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın hərtərəfli inkişafında, əhalinin sosial rifahının gücləndirilməsində mühüm rol oynayıb. Ölkəmizdə neftçilərin əməyi yüksək dövlət qayğısı ilə əhatə olunub və bunun əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır. Belə ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququ qazanırlar. Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,8 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26,8 min nəfərdən artıqdır.
Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2015-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 89 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqı ödənilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info