Almaniyanın təhsil naziri plagiata görə elmi dərəcədən məhrum edilib
Tarix: 06.02.2013 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Düsseldorf Universitetinin Fəlsəfə fakültəsinin şurası dünən keçirdiyi iclasda Almaniyanın təhsil naziri Annette Şavanın 30 il əvvəl müdafiə etdiyi namizədlik dissertasiyasının etibarsız sayılması barədə qərar qəbul edib. Qəbul edilən bu qərara əsasən, nazir həmçinin elmi dərəcədən də məhrum edilib.
Qeyd edək ki, “RİA Novosti” bu barədə yazır. Bildirilir ki, Almaniya təhsil nazirinin ətrafında bununla bağlı qalmaqal 2012-ci ilin mayında yaşanmağa başlayıb. O zaman bir neçə internet portalında Annette Şavanın 1980-cı ildə namizədlik dissertasiyasını yazarkən plagiata yol verdiyi barədə ittihamlar irəli sürülmüşdü. Bu iddiaları araşdırmaq məqsədi ilə Şavanın elmi dərəcə aldığı Düsseldorf Universitetinin Fəlsəfə fakültəsinin dekanı Bruno Blekmann xüsusi komissiya yaratdı. İlin sonunda komissiya araşdırmanın nəticələrini şuraya təqdim edib. Fakültə şurasının keçirdiyi gizli səsvermənin nəticələrinə əsasən, (12 səs “lehinə”, 2 səs “əleyhinə” və 1 nəfər “bitərəf” olmaqla) qəti olaraq Annette Şavanın namizədlik dissertasiyasını etibarsız sayılıb və onun doktor elmi dərəcəsindən məhrum edilməsi barədə qərar qəbul edilib. Dekan bu barədə bildirib ki, Annette Şavan yaxın 4 həftə ərzində qərara etiraz bildirmək hüququna malikdir. Təhsil naziri bütün ittihamları inkar edib və tutduğu vəzifəni tərk etmək niyyətində olmadığını bildirib. Maraqlıdır ki, qızğın mübahisələr doğuran namizədlik dissertasiyasının mövzusu “Şəxsiyyət və Vicdan” olub.
Qeyd etmək lazımdır ki, plagiatlıq problemi bir çox ölkələrin, o cümlədən postsovet ölkələrinin elmi sahəsində çox aktual olaraq qalmaqdadır. Azərbaycanda da plagiatlıqla bağlı faktlar üzə çıxmışdı. Belə ki, bir neçə il öncə bir çox əsərlərin plagiat olduğu aşkarlanmışdı və onların nəticələri ləğv edilmişdi. Eyni zamanda, bu plagiat əsərlərə görə elmi dərəcə alanların dərəcələri də ləğv edilmişdi. Xüsusilə qeyd etmək lazımdır ki, hazırda elmin inkişafına diqqət gücləndirilir, alimlərin maddi təminatının yaxşılaşdıırlması istiqamətində intensiv tədbirlər həyata keçirilir. Belə bir şəraitdə elmi əsərlərin keyfiyyətinin saxlanması və eyni zamanda müəlliflik hüquqlarının qorunması üçün plagiatlıqla mübarizənin daha da sərtləşdirilməsi məqsədəuyğundur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info