“ABŞ-da bəzi dairələrin ölkəmizə qarşı fəaliyyəti strateji münasibətlərin ruhuna uyğun deyil“
Tarix: 18.09.2015 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E. Farkas Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.
O, ABŞ-ın terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatlar üzrə strateji maraqlarının Azərbaycanın maraqları ilə üst-üstə düşdüyünü və qeyd olunan sahələrdə iki ölkənin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib. Əfqanıstan əməliyyatının həyata keçirilməsi üçün Azərbaycanın yaratdığı tranzit imkanlarının və hava məkanından istifadənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyən E. Farkas bu töhfələrə görə Azərbaycana təşəkkürünü ifadə edib.
Öz növbəsində, E. Məmmədyarov terrorizmə qarşı mübarizədə Azərbaycanın beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini nəzərə çatdırıb. Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasına yardım etdiyini və ölkəmizin sülhməramlı qüvvələrinin Əfqanıstanda uğurla xidmət etdiklərini nəzərə çatdırıb.
Azərbaycanla ABŞ arasında əlaqələrə toxunan nazir ABŞ-da bəzi dairələr tərəfindən Azərbaycana aid məsələləri ictimai müzakirə obyektinə çevirməsinin və Azərbaycana qarşı fəaliyyətlərinin iki ölkə arasında strateji xarakter daşıdığı qeyd olunan münasibətlərin ruhuna uyğun olmadığını deyib. O əlavə edib ki, enerji, terrorizmə qarşı mübarizə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq siyasi əlaqələri tamamlamalıdır.
Regional məsələlər haqqında danışan E. Məmmədyarov ölkəmizin müstəqilliyi, sabitliyi və təhlükəsizliyinin qorunması və uğurlu inkişafının davam etdirilməsinin qarşıda duran ən mühüm vəzifə olduğunu bildirib.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən ilə Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP və TAP layihələri haqqında danışan nazir bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info