Ə.Naxçıvani küçəsinin və Atatürk prospektinin bir hissəsi müvəqqəti bağlanıb
Tarix: 18.09.2015 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində Binəqəqdi rayonu Əcəmi Naxçıvani küçəsinin bir hissəsi təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti bağlanıb. Söhbət Əcəmi Naxçıvani küçəsinin Atatürk prospekti ilə kəsişmələri arasında yerləşən hissəsindən, həmçinin “Gənclik” metrostansiyası istiqamətinə doğru olan Atatürk prospektinin Əcəmi Naxçıvani və Səttar Bəhlulzadə küçələrinin kəsişmələri arasında yerləşən ərazidən gedir.
Qeyd edək ki, ümumilikdə təmir-tikinti işləri bir-neçə küçənin kəsişmələrində aparılır. Söhbət Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələrindən, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissələri sıradan çıxmış Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsindən gedir. Təmir işləri aparılan zaman sözügedən ərazilər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə burda 12500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılacaq. Ərazidə təmir işləri çərçivəsində artıq 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək, abadlaşdırılıb.
Şəxsən Nəqliyyat naziri və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işləri zamanı zəruri olan yerlərsə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdirilıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Sadalanan bütün işlər tərtib olunmuş qrafikə uyğun yüksək keyfiyyətlə aparılır və tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri görülən işlərə anlayışla yanaşmalarına çağırır.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı
19.08.2019
Tümen vilayətinin biznes missiyası “Azərsun” Holdinqdə olub
19.08.2019
Tehran yatağı - İldə 28 milyon ton mədən maddəsi hasil edilir
19.08.2019
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info