“Fransaya Putin kimi yeni de Qoll lazımdır”
Tarix: 19.09.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Fransanın «Le Figaro» nəşrinin məlumatına görə, bugünlərdə Fransa Milli Assambleyasında Rusiya və fransalı siyasətçilər qeyri-rəsmi səviyyədə günün ən aktual məsələlərini müzakirə ediblər. Maraqlı nüanslardan biri budur ki, fransalı deputat Terri Mariani bir daha Krım məsələsində Moskvanın mövqeyini müdafiə edib. Görüşün təşəbbüskarı olan digər millət vəkili Klod Qoasqen isə Rusiya prezidenti Vladimir Putini Şarl de Qolla müqayisə edərək, Fransaya məhz belə bir liderin lazım olduğunu bildirib.
Nəşrin verdiyi başqa bir məlumata görə, bu ərəfədə Parisdə «Rusiya həftəsi» adı altında sərgi və müxtəlif mədəni tədbirlər keçiriləcək. Tədbirə Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov da fransalı millət vəkili Klod Qoasqen və Parisin 16-cı bölgəsinin bələdiyyə başçısı tərəfindən dəvət edilib.
Qeyd edilməlidir ki, Qoasqen bu görüşün rəsmi diplomatiyadan uzaq olacağına təminat verməsinə baxmayaraq, görüş ərəfəsində onun rusiyalı diplomat ilə söhbətinin məzmunu hər hansı bir şübhəyə səbəb olmadı. Belə ki, görüş zamanı onlar Avropanın tətbiq etdiyi qadağalar, Krım məsələsi, Suriyadakı qarşıdurmalar və miqrasiya böhranı barədə məsələlərə toxundular.
«Bəzi tərəfdaşlar elə təəssürat yaratmağa çalışırlar ki, guya biz Suriyada eyni düşmənlə döyüşürük. Axı bunların hamısı cəfəngiyyatdır»-deyən fransalı deputatın sözlərinə görə, əgər Rusiya bu gün “İŞİD” ilə mübarizə aparırsa, bu alqışlanmalıdır: «Suriya hökumətini məhvə sürükləmək, bunun qarşısını almağa çalışmamaq ölkədə başqa bədbəxtliklərə meydan aça bilər». Deputatın fikrincə, Suriyada yaranmış vəziyyətə hərbi müdaxilə qaçılmazdır.
Avropanın Rusiyaya qarşı tətbiq etdiyi qadağalara toxunan Qoasqen bunu da absurd kimi xarakterizə edib: «Mən, bu qadağaların heç bir effekt verə biləcəyinə inanmıram. Bunu Avropanın uğuru kimi də başa düşmək doğru deyil, əksinə biz özümüz bu qadağalardan daha çox əziyyət çəkirik. Bu yaşananların tezliklə sona çatması Fransanın da maraqlarına cavab verir»-deyə Qoasqen bildirib
Görüş zamanı tərəflər arasında bir daha Krım mövzusu ətrafında müzakirələr aparılıb. Bu mövzu ətrafında da həm millət vəkili Qoasqen, həm də sabiq nəqliyyat naziri Terri Mariani Rusiyanın mövqeyini müdafiə ediblər. Görüş iştirakçıları qarşısında çıxışı zamanı Mariani «Savoyya və Nitsşa fransızların olana kimi, Krım artıq rusların idi»-deyə bildirib. Görüş zamanı Rusiya prezidentinin xidmətlərini dəyərləndirən Qoasqen ölkəsindəki Respublikaçılar Partiyasının da belə bir liderə sahib olmasını arzulayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info