“Təxminən 10 il əvvəl belə vəziyyətdə uduzmuşdum”
Tarix: 19.09.2015 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsinin ilk oyununda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hindistanlı Panayapan Seturaman üzərində qələbə qazanıb. Görüşdən sonra keçirdiyi mətbuat konfransında Ş.Məmmədyarov qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:
“Bu dəfə fərqli oynadım. Rəqib isə məndən başqa gedış gözləyirdi. İlk dəfədir ki, həyatımda belə bir variantdan istifadə etdim. Təxminən 10 il əvvəl belə vəziyyətdə uduzmuşdum. Bu dəfə isə ehtiyatı əldən vermədim. Sona yaxın bir gediş üzərində xeyli düşündüm. Partiya başa çatdıqdan sonra həmin gedişlə bağlı rəqibimə sual verdim. O isə bildirdi ki, fərqli oynayacaqdı. Belə çıxır ki, 50 dəqiqə boş yerə düşünmüşəm”. Şahmatçımız rəqibi haqqında da danışıb: “Təbii ki, rəqibim güclüdür. O, əvvəlki 2 mərhələdə 4 oyundan 3-də qalib gəlib, 1 dəfə heç-heçə oynayıb. Tay-breykin nə olduğunu bilmir. Hazırda yaxşı formadadır. Bu gün qalib gəlsəm də rəqib güclüdür. Ümumiyyətlə, hər rəqibə hörmətlə yanaşmaq lazımdır”. Ş.Məmmədyarov qeyd edib ki, Dünya Kubokunda iştirakçılar xeyli güc itirirlər: “Dünya Kubokunun qəribəliyi bundadır ki, yarış getdikcə idmançı yorulur. Sona yaxın şahmatçılar adi səhvlərə yol verirlər. Qələbə qazanmaq hər zaman xoşdur. Amma çox güc itirirsən. Elə oyunçular var ki, hər mərhələdə tay-breykdə oynayırlar. Bu isə o deməkdir ki, ardıcıl hər gün 8-9 saat düşünürsən. Yorğunçuluq qaçılmazdı. Çalışmaq lazımdır ki, maraqlı oyunlar olsun”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info