TUMİB Zaqatalada tolerantlıq mövzusunda tədbir keçirib
Tarix: 21.09.2015 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində və regionlarda keçiriləcək “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəsinin icrasına davam edir. Bu çərçivədə Zaqatala şəhərində Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbirin məqsədi həyata keçiriləcək layihə haqqında iştirakçılara məlumat vermək, tolerantlığın təbliği sahəsində 18-29 yaş arası gənclər arasında azərbaycançılıq, milli və dini tolerantlıq, multikulturalizmin təbliği və radikalizmə qarşı ideolojik maarifçilik, zərərli xarici ideologiyaların təsirindən qorunmaları üçün gənclərin maarifləndirilməsi və bu sahədə təbliğat işlərinin aparılması, tolerantlığa, milli və dini dözümlülüyə sahib gənclərin yetişməsinə xidmət etməkdir.
Konfrans iştirakçıları Zaqatala şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Daha sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək, Azərbaycanın dövlət himnini səsləndirdilər. Konfransı açıq elan edən Zaqatala rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rəfiqə Bağırova iştirakçıları salamlayaraq layihənin qısa mahiyyəti haqqında məlumat verdi. Natiq rayondakı milli, dini, mədəni vəziyyət haqqında məlumat verərək, yerli sakinlərin Azərbaycan hökumətinin tolerantlıq siyasətindən razı olduğunu bildirdi və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd etdi. Sonra o, sözü TUMİB sədri Çingiz Bayramova verdi.
Çingiz Bayramov Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm siyasəti, zərərli xarici təriqətlərə qarşı ideoloji mübarizə haqqında məlumat verərək, milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs etdi. Natiq Ə.Hüseynzadə, Ə.Cavad, H.Cavid kimi milli ziyalıların təbliğinin Azərbaycanda tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu bildirdi. O, Ulu öndər Heydər Əliyevin “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı. Ç.Bayramov Zaqatala rayonunun Azərbaycanın mədəni inkişafında özünəməxsus rol oynadığını da qeyd etdi.
Ç.Bayramovdan sonra çıxış edən Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tarix boyu Azərbaycanda müxtəlif din və mədəniyyət mənsublarının birlikdə yaşama ənənəsi, din-dövlət münasibətləri haqqında məlumat verərək, zərərli xarici sektaların təsirindən qorunmaq üçün milli din xadimlərinin, ziyalıların maarifləndirici əsərlərinin təbliğinin vacibliyindən danışdı. Natiq Azərbaycanda tolerantlıq mühitinin inkişafında qadınlara böyük rol düşdüyünü də bildirdi.
Konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala rayonu üzrə şöbə müdiri Mehman İsmayılov, Zaqatala rayon Gənclər və İdman idarəsinin rəisi Araz Əliyev, TUMİB-in regional təmsilçisi Rəcəb Seyfullayev, TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənaliyev, TUMİB-in Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, fəal gənc Raida Hüseynova və digər fəal gənclər çıxış etdilər. Onlar Azərbaycan xalqının tarix boyu tolerantlıq ənənəsindən bəhs edərək gəncləri milli və dini dözümlülüyə sadiq olmağa, milli ideologiyaya sahib çıxmağa dəvət etdilər.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları təqdim edildi.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info