TUMİB - in tolerantlıq mövzusunda tədbirləri davam edir
Tarix: 21.09.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəsinin icrasına davam edir. Bu çərçivədə Qax şəhərində Cəfər Cabbarlı adına mərkəzi kitabxanada gənclər üçün təlim keçirmişdir.
Tədbiri açıq elan edən Qax rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Orxan Səmədov gəncləri salamlayaraq layihənin qısa mahiyyəti haqqında məlumat verdi. Natiq rayondakı milli, dini, mədəni vəziyyət haqqında məlumat verərək, yerli sakinlərin Azərbaycan dövlətində olan tolerantlıq siyasətinin dünyaya bir numunə olduğunu qeyd etdi. Sonra o, sözü TUMİB sədri Çingiz Bayramova verdi.
Çingiz Bayramov bildirdi ki, Qax rayonunun tək təbiətinin gözəllikləri ilə deyil insanlarının tolerant olmağı ilə seçilən bölgələrimizdən biridir.
Natiq çıxışıda Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm siyasətinin Avropaya bir örnək model olduğunu təlim iştirakçılarına bildirdi. Milli fikir adamlarının gənclər arasında təbliğinin, tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu bildirdi. O, Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.
Təlimdə iştirak edən Qax rayon İcra Hakimiyyətinin Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydarova rayonun etnik dini tərkibi haqqında məlumat verərək birgə yaşayış ənənəsi ilə fəxr etdiyini qeyd etdi və təlim iştirakçılarına uğurlar dilədi.
Sonra çıxış edən Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Azərbaycanda müxtəlif din və mədəniyyət mənsublarının birlikdə yaşama ənənəsinin inkişafında qadınlara böyük rol düşdüyünü vurğuladı.
Tədbirdə TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənaliyev, TUMİB-in Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, fəal gənc Raida Hüseynova və digər fəal gənclər çıxış etdilər. Onlar çıxışlarında Azərbaycan xalqının tarix boyu tolerantlıq ənənəsindən bəhs edərək gəncləri milli və dini dözümlülüyə sadiq olmağa, milli ideologiyaya sahib çıxmağa, toleranlığın Azərbaycanda və xarici ölkələrdə təbliğində vətənpərvər gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd etdilər.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları təqdim edildi.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info