Qubanın kəndində yerli gənclər üçün təlim
Tarix: 21.09.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Kənd gəncləri üçün fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində Quba rayonunun Qımılqışlaq kəndində təlim sessiyası keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) bildiriblər ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ARGTMŞ tərəfindən həyata keçirilən “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı ilə birgə təşkil olunub. Tədbirdə Qımılqışlaq kəndində yaşayan 25 fəal gənc iştirak edib.
Təlim iştirakçıların gənclər siyasəti haqqında məlumatlılığının, ictimai fəallığının və təşəbbüskarlığının artırılması, istedadlı gənclərin üzə çıxarılması, gənc təlimçilər şəbəkəsinin formalaşdırılması, liderlik məktəbinin yaradılması məqsədilə təşkil olunub. Tədbirdə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı keçirilib və iştirakçılara proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib.
Təqdimat başa çatdıqdan sonra təlim sessiyasına başlanılıb. Əvvəlcə iştirakçılara Azərbaycan gənclər siyasəti, gənclərlə bağlı Dövlət proqramları, könüllülük hərəkatı haqqında məlumat verilib, gənclərin inkişafı üçün ölkəmizdə münbit şəraitin olduğu bildirilib. Keçirilən praktiki məşğələlər, komanda oyunları vasitəsilə gənclərin bilikləri artırılıb, liderlik bacarıqları inkişaf etdirilib. Həmçinin gənclər onları düşündürən suallara cavab tapmaq imkanı əldə ediblər.
Sonda tədbir iştirakçılarının təltifolunma mərasimi keçirilib.
Qeyd olunub ki, ARGTMŞ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Şəkidə, Lənkəranda, İsmayıllıda, Ağdamda 100-dən çox gəncin iştirakı ilə təlim sessiyaları keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
“Azərişıq” ölkənin qərbində gücləndirilmiş iş rejiminə keçib
19.05.2019
Tovuzda məktəb, muzey və “ASAN xidmət” mərkəzinin tikintisi davam edir
19.05.2019
Tərtərdə “Son nəfəsədək” filmi nümayiş olunub
19.05.2019
Sabah hava necə olacaq?
18.05.2019
Tovuzda üç istehsal müəssisəsi tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info