Bərdədə yeni bağça istifadəyə verilib
Tarix: 21.09.2015 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Bərdə rayonunun ərazisində məcburi köçkünlər üçün salınan 588 ailəlik yeni məhəllədə inşa olunan 140 yerlik 2 saylı Laçın uşaq bağçasının binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər məktəbəqədər tədris müəssisəsinin istifadəyə verilməsinə görə uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, uşaqlara ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar. Çıxışlarda ölkəmizdə uşaqların sağlam və təhsilli böyümələri üçün görülən işlərdən, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Bildirilib ki, cari ilin avqust ayında tikintisi tam başa çatdırılan uşaq bağçası Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla təsdiq edilən əlavələrə əsasən inşa olunub. İkimərtəbəli 140 yerlik uşaq bağçası lazımi inventar və avadanlıqlarla təmin edilib, burada uşaqlar üçün hər cür şərait yaradılıb.
Göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edən laçınlı məcburi köçkünlər tezliklə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə, öz doğma yurdlarına qayıdacaqlarına əminliklərini bildiriblər.
Sonra iştirakçılar uşaq bağçasında yaradılan şəraitlə tanış olublar
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info