Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsi toplanacaq
Tarix: 21.09.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Sentyabrın 28-29-da "Holiday Inn Baku" hotelində Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçiriləcək. Toplantıda 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, həmçinin, yerli sığorta sistemində çalışan 50-dən çox aktuar iştirak edəcək. Tədbirdə həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin DSNX-nin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə dəBeynəlxalq Aktuarlar Assosiasiyasının komitə rəhbərləri və qonşu ölkərin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri iştirak edəcəklər. İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq. Seminarlarda ekspertlər tərəfindən iştirakçılara aktuar peşəkarlığı, tibbi sığortada maliyyələşdirilmə, dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi, ödəmə qabiliyyəti, təqaüd sistemlərinin maliyyə sabitliyi, beynəlxalq təcrübədə sığorta ehtiyyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı, Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası mövzularında seminarlar təşkil olunacaq.
Toplantı Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info