E.Qasımov: “Tələbələr regionda ən yüksək səviyyəli kampusda oxuyacaqlar”
Tarix: 21.09.2015 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində 20 sentyabr “Neftçilər günü” münasibətilə tədbir və BANM-ə 2015/2016-cı tədris ilində qəbul olmuş tələbələrlə və onların valideynləri ilə görüş keçirildi. Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan neftçilərini, BANM-in professor-müəllim heyətini və tələbələrini bayram münasibətilə təbrik etdi. Rektor Elmar Qasımov 20 sentyabrın Ümummilli lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edildiyini diqqətə çatdırdı. O, bildirdi ki, "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü il 20 sentyabr tarixindən artıq 21 il keçir. Bu müqavilə ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edib və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirib. Azərbaycanda neft-qaz sektorunun, energetikanın inkişafında Azərbaycan dövlətinin yürütdüyü siyasətdən söz açan Elmar Qasımov hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasının əsasını təşkil etdiyini dedi.
Elmar Qasımov həmçinin, bildirdi ki, Prezidentin Fərmanı ilə 1992-ci ildə respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək, həmçinin böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaradılıb. Rektor Elmar Qasımov SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbinin tarixi, fəaliyyət istiqamətləri, qısa müddət ərzində keçdiyi uğurlu yola qısa ekskurs etdi. Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BANM-in yaradılması haqda Fərmanını vurğulayaraq, “ Bİz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsinin artıq yerinə yetirildiyini bildirdi. Azərbaycanda neft-qaz sahəsində yüksək ixtisaslı, ingilisdilli peşəkar kadrların hazırlanmasında əsas rol oynayan, ali təhsil müəssisələri içərisində öz nüfuzuna görə öndə gedən Ali Məktəbin qazandığı uğurlardan söz açan Elmar Qasımov 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinə minimal balın 659 bal olduğunu xatırlatdı. O. dedi ki, BANM-in əsas məqsədlərindən biri dünyanın xarici şirkətlərindəki azərbaycanlıların sayının artırılmasıdır. BANM-də dərslərin Böyük Britaniyanın Herriot Vatt Universitetinin tədris proqramları əsasında keçirildiyini dedi. Elmar Qasımov neft-kimya komplekslərinin inkişafının ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirdiyini bildirdi. Tələbələrin istehsalat təcrübəsinə Ali Məktəbin xüsusi önəm verdiyini deyən rektor BANM tələbələrinin SOCAR və onun strukturları, BP, Halliburton, Türkiyədə “Petkim” şirkətində və digər şirkətlərdə ödənişli əsaslarla təcrübə keçdiklərini vurğuladı. O, tələbələrin sosial mühitə uyğunlaşması üçün BANM tərəfindən müxtəlif sosial yönümlü tədbirlərin təşkil olunduğunu xatırlatdı. E.Qasımov Bakı Ali Neft Məktəbinin yeni kampusunun tikintisinin davam etdiyini vurğulayaraq dedi ki, tələbələr regionda ən yüksək səviyyədə maddi-texniki təminatla təmin olunmuş kampusda oxuyacaqlar. O, 2015/2016-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən ümumilikdə 102 nəfərinin Prezident təqaüdünə layiq görüldüyünü xatırladaraq, I qrup üzrə Prezident təqaüdünə layiq görülən 25 tələbədən 17-nin BANM-in tələbələri olduğunu bildirdi. Elmar Qasımov BANM-in tələbələri və onların valideynlərini yeni tədris ilinin başlanması münasibəti ilə bir daha təbrik etdi. O, tələbələrə təhsildə və ictimai işlərdə hər zaman fəal olmağı tövsiyə etdi.
Tədbirdə Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə III kursda təhsil alan, eyni zamanda Böyük Britaniyanın Heriot-Vatt Universitetinin 2014/2015-ci akademik ili üzrə ən yaxşı tələbələrdən biri seçilərək “Fəxri diplom” və pul mukafatına layiq görülmüş Sevinc Qafarlı, “SOCAR Yay Məktəbi 2015” layihəsində iştirakı çərçivəsində Rumıniyaya səfər imkanı qazanmış, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Kamran Rzayev, o cümlədən həmin ixtisas üzrə təhsil alan II kurs tələbəsi Pakizə Paşayeva, BANM-in dəstəyi ilə bir semestr Herriot Vatt Universitetində təhsil almış, “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Kamran Əliyev BANM-də tələbələr üçün yaradılan geniş imkanlardan söz açdılar. SOCAR-ın xaricdə təhsillə bağlı təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində təhsil almış və hazırda BANM-in “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi vəzifəsində çalışan Sənan Eminov öz çıxışında qazandığı nailiyyətlərdən söz acaraq, uğurlarına görə ona dəstək göstərən şəxslərə təşəkkür etdi. Sənan Eminov gənclərə dəstəyin vacibliyini önə çəkərək, bir müəllim kimi biliklərini tələbələrlə bölüşməyə həmişə hazır olduğunu bildirdi.
Sonra rektor Elmar Qasımov tələbələrin valideynlərinin suallarını cavablandıraraq, onların istək və təkliflərini dinlədi, aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi.
Tədbirin sonunda 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinə daxil olmuş tələbələrə noutbuklar hədiyyə olundu.

Nigar








 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info