Seçki günü mühafizənin təmin edilməsi üçün zəruri tədbirlər görüləcək
Tarix: 21.09.2015 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi bölgələrdə Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə zonalar üzrə seminar-məşğələlər keçirir. Gəncə şəhər Baş Polis İdarəsində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən MSK-nın nümayəndələri və dairə seçki komissiyalarının sədrləri, polis orqanlarının xidmət üzrə rəis müavinləri və ictimai təhlükəsizlik şöbə, bölmələrinin rəislərinin iştirakı ilə zona seminar-müşavirə təşkil olunub. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Hikmət Eyvazov bildirib ki, noyabrın 1-də keçiriləcək seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün mühüm amillərdən biri ictimai asayişin etibarlı qorunmasıdır. H. Eyvazov bu məqsədlə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı DİN rəhbərliyi tərəfindən 26 avqust 2015-ci il tarixli xüsusi tədbirlər planının təsdiq edildiyini və icrasının nəzarətə götürüldüyünü bildirib.
Çıxışlarda qeyd olunub ki, seçici kimi səsvermə halları istisna olmaqla, seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədilə gəlməsinə icazə veriləcək. İctimai qaydanı bərpa olunduqdan sonra onlar dərhal məntəqədən çıxarılacaq.
Seçki bülletenləri saxlanılan dairə və seçki məntəqələrinin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin MSK-dan dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.
Müşavirədə MSK-nın nümayəndələri Qabil Orucov və İlkin Şahbazov “Seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları” sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları” və “Seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi. Seçki prosesiiçtirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tələblər” mövzularında çıxış ediblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair “Yaddaş Kitabçası” paylanılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
16.08.2019
900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
16.08.2019
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info