“Merkelin siyasəti Avropanın gələcəyinə təhdiddir”
Tarix: 21.09.2015 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


“Angela Merkel kimi siyasətçilərin qərarları Avropa sivilizasiyasının gələcəyini təhdid edir”.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Çexiyanın sabiq prezidenti Vatslav Klaus “Die Welt” nəşrindəki məqaləsində bildirib.
“Almanlar elə düşünürlər ki, miqrantların inteqrasiyasının heç bir fəsadı olmayacaq. Bu, səhvdir. Almanlar bütün Avropaya ciddi problemlər gətirəcəklər”, - deyə o vurğulayıb.
V. Klausun sözlərinə görə, Avropada qaçqınlarla bağlı hazırkı müzakirələr qeyri-ciddi xarakter daşıyır: “Bir çox avropalı, eləcə də almaniyalı siyasətçilər qaçqınların kütləvi şəkildə məskunlaşmasının qısamüddətli perspektivdə fəsadları ola biləcəyini düşünərək saflıq edirlər. Başda Angela Merkel və Yoahim Qauk olmaqla, bu siyasətçilərin fərziyyələri gülüncdür. Miqrantların Avropa həyatına adaptasiyası prosesi yavaş gedəcək və təkcə bir nəsli əhatə etməyəcək”.
Çexiyanın sabiq prezidenti, həmçinin, qaçqınların cəmiyyətin daxili birliyinə təhdid törətdiyini də qeyd edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Sarı jiletlər” Fransada şənbə gününə yeni aksiya təyin edib
13.12.2018
“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
13.12.2018
“Brexit”: Tereza Mey etimad səsverməsində qalib gəlib
12.12.2018
Türkiyə Suriyada yeni əməliyyata başlayır
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info