Qeyri-qanuni yolla qrant almağa görə cərimələr xeyli artırılacaq
Tarix: 06.02.2013 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Millət vəkilləri qanunun daha da sərtləşdirilməsini istəyirlər



Azərbaycanda magistraturaya qəbul imtahanının və magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanının vaxtı açıqlandı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirdi ki, sınaq imtahanı fevralın 17-də keçiriləcək. Onun sözlərinə görə, dünəndən etibarən sınaq imtahanlarına internet vasitəsilə qeydiyyat başlayıb.

N.Əliyev ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanının birinci mərhələsinin martın 3-də keçiriləcəyini bildirdi. O qeyd etdi ki, magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir: “Birinci mərhələdə bakalavarların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dil bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK-nın minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar”.

TQDK Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbuluna başlayır

Natiq Əliyev bildirdi ki, fevralın 11-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbuluna başlayır. O bildirdi ki, ali məktəblərin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar fevralın 11-də 21-dək “Bakalavrın elekron ərizə” formasını doldurmalıdır. N.Əliyevin sözlərinə görə, bakalavrlar fevralın 12-dən 22-dək şənbə və bazar günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək ərizələrini təsdiq etdirməlidirlər: “Bu ilin məzunları “Bakalavrın elektron ərizə” formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməlidirlər. Ali məktəblərin əvvəlki illərinin məzunları, nəzdində SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları “Bakalavrın elektron ərizə” forması ali təhsil müəssisələrində yaradılmış SQK-ların istənilən birində təsdiq etdirə bilərlər. Xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları “Bakalavrın elektron ərizə” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər”.

Hər il magistratura pilləsi üzrə qəbul planı artır

TQDK-nın şöbə müdiri Natiq Əliev bildirdi ki, Azərbaycanda hər il ali məktəblərin magistratura pilləsinə qəbul planında artım müşahidə edilir: “Belə ki, hər il magistratura pilləsi üzrə qəbul planı 10-15 faiz artır. Amma bu ilki qəbul planı hələki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edilməyib”. Şöbə müdirinin sözlərinə görə, 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsi üzrə qəbul planının martın sonu, aprelin əvvəllərində müvafiq qurumlar tərəfindən komissiyaya təqdim ediləcəyi gözlənilir. Onun sözlərinə görə, bundan sonra “Magistr” jurnalının 3-cü sayında magistraturaya qəbul proqramı və ixtisaslar qeyd olunacaq. N.Əliyev növbəti tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanında bəzi ixtisaslar üzrə keçid ballarının necə olmasına da aydınlıq gətirdi. O qeyd etdi ki, adətən hər il magistratura pilləsi üzrə humanitar ixtisaslar üzrə ən yüksək, kənd təsərrüfatı, idman və hərbi təyinatlı ixtisaslar üzrə ən aşağı keçid balları qeydə alınır. N.Əliyevin sözlərinə görə, bu il də belə nəticələr gözlənilir.

Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi
məsələsinə yenidən baxılması gözlənilir

Şöbə müdiri onu da vurğuladı ki, bəzi orqanların müraciəti ilə Azərbaycanda magistraturaya qəbul olunmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə yenidən baxılması gözlənilir. O bildirdi ki, hazırda bununla bağlı yekun qərarın hansı şəkildə olacağını demək mümkün deyil: “Təbii ki, bu məsələ bizim səlahiyyətimizdə deyil. Ona görə də bu barədə məlumat vermək bizim üçün çətindir. Biz hər il növbəti çağırışa kimi, yəni iyulun 1-dək magistraturaya qəbul imtahanlarını yekunlaşdırırıq ki, bu ilin məzunları imtahanda iştirak edərək magistraturaya qəbul olduqdan sonra hərbi xidmətə gedə bilsinlər”.
TQDK-nın şöbə müdiri əlavə etdi ki, bakalavrlar daha çox elmi yaradıcılıqlarını davam etdirmək və elmi sahədə çalışmaq üçün magistratura təhsil almağı üstün tuturlar: “Ancaq görünür ki, hərbi xidmətlə əlaqədar oğlanların ali təhsil almalarında fasilənin yaranması onların yenidən elmi sahəsinə qayıtmasına çətinlik yaradır. Oğlanların arada bir il müddətinə hərbi xidmətdə olması onların magistraturada təhsillərini davam etdirməsinə müəyyən qədər mənfi təsir göstərir”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info