“Avronest və Avropa Parlamenti ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında alətə çevriliblər”
Tarix: 21.09.2015 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev Avronest Parlament Assambleyasının həmprezidenti, Avropa Parlamentinin Finlandiyadan olan üzvü xanım Heidi Hautalanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə cavab verib.
R.Əliyevin sözlərinə görə, H.Hautala müsahibədə deyir ki, “Avronesti tərk etmək Azərbaycan xalqının maraqlarında” deyil: “Onda sual yaranır. Niyə Azərbaycan Avronestə üzv olduqdan sonra bu qurumun, eləcə də Avropa Parlamentinin iclaslarında Azərbaycan xalqının, dövlətinin maraqlarını müdafiə edən heç bir sənəd qəbul olunmayıb? Əksinə, ələlxüsus son dövrlərdə bu qurumlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bir alətə çevriliblər”.
Avronest-in həmprezidentinin "Ortaq dəyərlər olmadan əməkdaşlıq ola bilməz" fikrinə gəlincə isə, R.Əliyev deyib ki, H.Hautaladan soruşmaq lazımdır ki, görəsən, o hansı ortaq dəyərləri nəzərdə tutur?
Deputat qeyd edib ki, əgər söhbət insan hüquq və azadlıqlarından, cəmiyyətdə mövcud olan tolerantlıqdan gedirsə, bu dəyərlərlə Azərbaycan artıq dünyada nümunə göstərilə bilən bir dövlətə çevrilib: "Dağlıq Qarabağ problemi ilə bağlı xanım Heidi Hautala bildirir ki, Avropa Parlamenti Dağlıq Qarabağın işğalını inkar etmir. Sual olunur - o zaman niyə uzun illərdir ki, bu qurumlar Ermənistanın Azərbaycan ərazilərinin işğalını qınayan, Ermənistanı birbaşa təcavüzkar adlandıran qətnamə qəbul etməyiblər? Niyə işğal olunmuş torpaqlardan qovulmuş bir milyondan çox azərbaycanlının pozulmuş hüquqları müdafiə olunmur?”
R.Əliyev bildirib ki, H.Hautala “Bakı-2015” Avropa Oyunları ərəfəsində deputatların Bakıya getməsinə qadağa qoyulması ilə əlaqədar Avropa Parlamentinin sədri Martin Şultsun tapşırığının doğru olmadığını deyir: “Bəs onda İlk Avropa Oyunlarının başlanmasına 9 gün qalmış cənab Şultsun təşəbbüsü ilə Avropa Parlamentinin Birinci Avropa Oyunlarının baykot edilməsi ilə bağlı qətnaməsini başqa cur necə qiymətləndirmək olar? Qətnamənin Erməni lobbisinin təsiri ilə qəbul edilməsi barədə suala cavabında həmprezident bildirir ki, bu doğru deyil. Qətnamə bir qrup siyasi məhbusun riskli durumları ilə bağlı qəbul edilib. Çox maraqlıdır, bir neçə şəxsin yol verdikləri konkret cinayət əməllərinə görə cəzalandırılmasının bu qədər siyasiləşdirilməsi kimə və niyə lazımdır? Əlbəttə, bu bir bəhanədir. Avropa Parlamentinin bu qətnaməni qəbul etməkdə əsas məqsədi Azərbaycanın son illərdə beynəlxalq aləmdə artan nüfuzuna zərbə vurmaq, özlərinin istədikləri kimi idarə olunan bir dövlətə çevirməkdir”.
Deputat qeyd edib ki, Azərbaycan artıq öz cavabını verib: “Azərbaycan ancaq ona qarşı bərabər hüquqlu tərəfdaş kimi münasibətləri hiss etdikdə, bu qurumlarla əməkdaşlığın davam etdirilməsi məsələsinə baxa bilər. Azərbaycan müstəqil bir dövlət kimi bütün dövlətlərlə, müxtəlif beynəlxalq təşkilatlarla bərabər hüquqda, qarşılıqlı əməkdaşlıq şəraitində əlaqələrini davam etdirir. Bu, ancaq belə də olacaq”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info