Əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində Latviya ilə əməkdaşlıq müzakirə edilib
Tarix: 21.09.2015 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsla görüş olub. Görüşdə Latviyanın “Vaivari” milli reabilitasiya mərkəzinin administrativ departamentinin rəhbəri Aqris Eqlitis və müştəri xidmətləri departamentinin rəhbəri Ulrika Eystreike də iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi yönündə aparılan islahat tədbirləri barədə səfirə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, aparılan islahatlarda qabaqcıl dünya təcrübəsindən istifadəyə xüsusi önəm verilir. Həmçinin tibbi-sosial ekspertiza xidmətinin beynəlxalq standartlar əsasında müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun qurulması sahəsində ayrı-ayrı ölkələrlə qarşılıqlı təcrübə və informasiya mübadilələri aparılır. Görüşdə Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdirildiyi, iki ölkənin eyni zamanda tibbi-sosial ekspertiza xidməti və əlillərin reabilitasiyası sahəsində də əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb. Qeyd olunub ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa müalicəsi istiqamətində görülən müvafiq işlərdə Latviya ilə əməkdaşlıq imkanlarından da istifadə edilir. Qarşıdakı dövrdə də iki ölkə arasında müvafiq iş sahələrində əməkdaşlığın inkişafına, fəal təcrübə mübadilələrinin aparılmasına diqqət yetiriləcək.
Y.Maklakovs ölkəsi ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu bildirib. O burada səfir kimi fəaliyyət göstərdiyi dövrdə bu əlaqələrin, o cümlədən əmək və sosial müdafiə, əlillərin reabilitasiyası sahəsində əməkdaşlığın güclənməsi üçün səylərini artıracağını vurğulayıb. Görüşdə iki ölkə arasında reabilitasiya mütəxəssislərinin qarşılıqlı təlim və təcrübə səfərlərinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin “Vaivari” milli reabilitasiya mərkəzində bərpa-müalicəsinin təşkili və digər sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info