Azərbaycan nümayəndə heyəti Dərbəndin 2000 illiyinə həsr olunan mərasimdə
Tarix: 21.09.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Dərbənd şəhərinin 2000 illiyinin keçirilməsi münasibətilə düzənlənən təntənəli mərasimdə Azərbaycan tərəfindən rəsmi nümayəndə heyəti də iştirak edib. Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıxov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov daxil olub.
Dərbənddə qonaqlar yüksək səmimiyyət və məhəbbətlə qarşılanıb. Qonaqlar Dərbənd şəhərinin mərkəzində yeni restavrasiya olunmuş Heydər Əliyev küçəsində, bu küçədə yerləşən təhsil müəssisələrində və sosial obyektlərdə, Azərbaycan teatrı binasının tikilməsi üçün ayrılan sahədə və azərbaycanlıların yaşadığı məhəllələrdə sakinlərlə görüşüb söhbətlər ediblər. Nümayəndə heyəti Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov, həmçinin mərasimdə iştirak edən Rusiya Federasiyasının paytaxtından olan nümayəndələr, tədbirə qatılan Şimali Qafqaz respublikalarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.
Təntənəli mərasim Dərbəndin qədim qalası Narınqalada baş tutub. Rusiya Federasiyası Prezidenti Vladimir Putinin və Rusiya hökuməti adından baş nazirin təbrikindən sonra Azərbaycan Respublikasının Dövlət müşaviri Kamal Abdullayev tərəfindən Azərbaycan Prezidentinin təbriki səsləndirilib. Yüzlərlə qonağın və şəhər sakinlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Prezidentinin təbriki yüksək coşqu ilə qarşılandı.
Mərasimin sonunda Dağıstan prezidenti Ramazan Abdulatipov Azərbaycan Prezidenti İlham Əliyevə yüksək diqqətinə görə təşəkkür edib, Dərbənd şəhərinin quruculuğunda azərbaycanlıların iştirakından məmnunluqla söhbət açıb. Dağıstanın ağır günlərində bu respublikaya rəhbərlik etmiş, bu gün də qayğıkeş rəhbər və ağsaqqal kimi xatırlanan Əziz Əliyev haqqında minnətdarlıqla danışıb.
Azərbaycan mədəniyyət xadimlərindən bu mərasimin konsert hissəsinə qatılan Polad Bülbüloğlunun və Mələkxanın Eyyubovanın çıxışları alqışlarla qarşılanıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info