Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı artıb
Tarix: 21.09.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


“Kənd təsərrüfatı ili” olan 2015-ci ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulu istehsalı artıb. Sözügedən dövrdə 253 milyon 812 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 8,6 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu dövr ərzində muxtar respublikada diri çəkidə 12,6 min ton ət, 60,7 min ton süd istehsal edilib. 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,4 faiz artıb.
Naxçıvanda təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2015-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 52 milyon 892 min manatdan çox kredit verilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 42,9 faiz çoxdur.
Cari ilin yanvar-avqust aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 393,1 manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info